OKTYABR AYINDA 1,307 MİLYARD KİLOVAT-SAATDAN ÇOX ELEKTRİK ENERJİSİ İSTEHSAL EDİLMİŞDİR
“Azərenerji”nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu ilin oktyabr ayı ərzində ”Azərenerji” ASC-də 1 milyard 307,87 milyon kilovat-saat elektrik enerjisi istehsal edilmişdir. Bunun 1 miyard 142,5 milyon kilovat- saatı istilik elektrik stansiyalarının, 165,370 milyon kilovat -saatı isə su elektrik stansiyalarının payına düşür. Ay ərzində istilik enerjisinin istehsalı 44,623 min hektokalori olmuşdur.
Oktyabr ayında Rusiya və İranla elektrik enerjisi mübadiləsi plan əsasında davam etdirilmişdir.
Yanvar-oktyabr ayları ərzində 14 milyard 775,694 milyon kilovat-saat elektrik enerjisi istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq göstəricisindən 548,554 kilovat- saat azdır. Elektrik enerjisinin 13 milyard 221,151milyon kilovat-saatını İES-lər, 1miyard 554,543 milyon kilovat -saatını isə SES-lər vermişdir. 2002-ci ilin 10 ayı ərzində İES-lərdə 740,861 min hektokalori istilik enerjisi istehsal olunmuşdur.
“Azərenerji”nin mütəxəssisləri ötən ilin müvafiq dövrünə nisbətən elektrik enerjisi hasilatının azalmasını bu il havanın mülayim keçməsi nəticəsində istehlakın aşağı olması ilə əlaqələndirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]
® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?
- 22.09.2026 [16:26]