Ölkəmiz Tehranda keçirilən beynəlxalq turizm sərgisində təmsil olunacaq
Bakı, 15 fevral, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi fevralın 16-dan 19-dək Tehranda keçiriləcək “HT&T Iran Hotel, Travel & Tourism International Exhibition” beynəlxalq turizm sərgisində təmsil olunacaq.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə turizm şöbəsinin sektor müdiri Seymur Həsənov Tehran şəhərində səfərdədir. Sərgidə nazirliklə yanaşı, 10 yerli turizm şirkəti və mehmanxana da iştirak edir.
Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 32 kvadratmetr sahədə stend quraşdırılıb və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi bu sərgidə ikinci dəfədir iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]