Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölkəmizdə ordu quruculuğunun davamlı olması qürurverici amildir

Bakı, 21 may, AZƏRTAC

Müasir silahlara, yüksək texnologiyalara, ən qabaqcıl hərbi-texniki vasitələrə, güclü sosial bazaya, ruh yüksəkliyinə malik olan Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etməklə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi kimi, müqəddəs vəzifənin icrasına tam hazırdır. Buna hər kəs əmin ola bilər. Ordumuz bu əminliyi, inamı doğrultmaq qüdrətinə malikdir.

Bu fikirlər hərbi jurnalist İsa İsmayılovun “Ölkəmizdə ordu quruculuğunun davamlı olması qürurverici amildir” sərlövhəli yazısında yer alıb. AZƏRTAC həmin məqaləni təqdim edir.

Son bir neçə ildə ordu quruculuğunda görülən işlərə nəzər salsaq, təhlillər aparsaq, görərik ki, yola saldığımız illər bizim üçün səmərəli, nailiyyətlərlə dolu və ordu quruculuğu prosesində başucalığı gətirən dövr olub.

Ordu quruculuğunun bizim üçün ən başlıca və prioritet məsələ olduğunu vurğulayan Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin birbaşa rəhbərliyi və tapşırığına əsasən kompleks şəkildə aparılan islahatlar Silahlı Qüvvələrdə bütün istiqamətləri əhatə edə bilib. Bunun nəticəsidir ki, ordumuz aparıcı dövlətlərin orduları səviyyəsinədək yüksəlməyə nail ola bilib və güclü ordularla bir cərgədə dayanmağa layiq olduğunu sübut edib.

Ali Baş Komandanın atdığı uğurlu addımlar sayəsində Azərbaycanın iqtisadi qüdrətlənməsi ölkəmizdə bütün sahələrdə inkişafa təkan verdiyi kimi, hərbi büdcəmizin də sürətlə yüksəlməsinə, qısa zaman kəsiyində 20 dəfədən çox artmaqla üç milyardı ötməsinə səbəb oldu. Bu istiqamətdə artım tendensiyasının ölkəmizdə davamlı olması da qürurvericidir.

Son bir neçə il ərzində ordumuzun silahlanmasına yüksək texnologiyaların tətbiqi ilə hazırlanmış ən müasir, dəqiq, geniş ərazidə məhvetmə qabiliyyətinə malik silah-sursat və döyüş texnikası qəbul edilib. Bu proses mərhələlərlə, planlı surətdə həyata keçirilməkdə davam edir. Odur ki, bu gün ordumuzun qüdrətinə şübhə etməyə, ağız büzməyə cürət edənlərə, köhnəlmiş hərbi texnika alınır deməyə ürəyi gələnlərə istifadəmizdə olan bəzi döyüş texnikalarını sadalamaqla tutarlı cavab vermək istərdim:

“РМ 70/85”, “Qasırğa”, “Ekstra”, “Polonez”, “LORA” və s. kimi raket silahlanma sistemləri, 2 S31 “Vena”, “DANA”, “TOC-1A Solntsepyok”, “MSTA-S”, 2A 36 “Geasint” və s. kimi artilleriya və minaatan sistemləri, “SPAYK” və “XRİZANTEMA-S” kimi tankəleyhinə idarəolunan raket kompleksləri, Т-90S tankları, BMP-3, ZTR 82 А və s. kimi zirehli-döyüş texnikaları, “BELL-412”, “MD-530” və “Mİ-35” helikopterləri, “АEROSTAR”, “HERON”, “ORBİTER” və başqa PUA-lar və s. kimi aviasiya döyüş texnikası, dünyada tanınmış müxtəlif qabaqcıl dövlətlərin istehsalı olan müxtəlif hava hücumundan müdafiə üçün silahlanma sistemləri, rabitə və radioelektron mübarizə vasitələri... Daha nələr, nələr! Odur ki, bu gün ordumuzun qüdrətindən şübhə ilə danışmaq insafsızlıq, ədalətsizlik, diletantlıq, ən əsası isə düşmənçilik, qərəzçilik əlamətindən başqa bir şey deyildir.

Azərbaycan Ordusunda aparılan islahatlar, döyüş qabiliyyətinin yüksəlməsi üçün qəbul edilən qərarların nə dərəcədə düzgün, əhəmiyyətli, uğurlu olmasına 2016-cı ilin aprel ayında həyata keçirilən əks-həmlə əməliyyatının və Günnüt əməliyyatının qələbəmizlə başa çatması buna ən dolğun əyani sübut, bariz nümunədir. Heç kimdə şübhə olmasın ki, Ali Baş Komandanın əmri ilə ordumuz hələ dəfələrlə qələbələr əldə etməklə ötən zamandan, keçirilən təlim-məşqlərdən, ayrılan vəsaitindən nə dərəcədə səmərəli bəhrələndiyini sübut edəcək.

Aprel döyüşlərində minə yaxın düşmən öldürüldü və yaralandı, 30-dək tank və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, düşmənin müdafiəsi yarıldı, o, geri çəkilməyə məcbur oldu və torpaqlarımızın bir qismi azad edildi.

Aprel zəfəri və Günnüt əməliyyatı ilə xalqımıza qələbə sevincini yaşadan ordumuza isə ən böyük qiyməti və dəyəri “Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirmişdir” sözləri ilə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev verib. Verilən bu qiymətdən qürurlanan Azərbaycan hərbçiləri, eyni zamanda, ona etimad göstərildiyini, üzərlərinə ərazi bütövlüyümüzün təmin edilməsi kimi müqəddəs vəzifə düşdüyünü də bir anlıq unutmurlar. Bu etimadı, bu vəzifənin müqəddəsliyini və nə qədər şərəfli olduğunu düzgün dərk edən şəxsi heyət irimiqyaslı təlimlərdə, çöl çıxışlarında günbəgün döyüş qabiliyyətini yüksəldərək, mənəvi-psixoloji hazırlığını daim artırmaqla, peşəkarlığını təkmilləşdirərək Vətən qarşısında borcunu şərəflə yerinə yetirməkdə davam edir. Dövlətimizin qayğısından, xalqımızın sevgisindən ruhlanan ordumuz torpaqlarımızı inamla qoruyur və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi naminə daha da əzmlə öz döyüş qabiliyyətini artırmaqda davam edir.

Yuxarıda qeyd edilən tapşırıqların yerinə yetirilməsində Hərbi Hava Qüvvələrinin böyük rolu da danılmazdır. Bunu nəzərə alaraq Ali Baş Komandanın tapşırığına əsasən, ordumuzun daim modernləşdirilməsi çərçivəsində Hərbi Hava Qüvvələrinin idarəetmə sisteminin təkmilləşdirilməsi, modernizasiyası, yenilənməsi və dünya standartları səviyyəsinə çatdırılması, hava hücumundan müdafiə sisteminin eşalonlaşdırılması istiqamətində də böyük işlər görülüb və Müdafiə Nazirliyinin fəaliyyət planına əsasən bu proses bu gün də məqsədyönlü şəkildə, ölkəmizin yerləşdiyi regionun xüsusiyyətləri nəzərə alınmaqla davam edir.

Ən müasir və yüksək texnologiyalar əsasında yaradılmış avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilən yeni Qırıcı Aviasiya Bazası və Radiolokasiya hərbi hissəsinin Birləşmiş Komanda Məntəqəsinin istifadəyə verilməsi, respublikamızın müxtəlif bölgələrində hava hücumundan müdafiə bölmələrinin yeni məntəqələrinin yaradılması, “İldırım” və modernləşdirilmiş S-125, eləcə də digər zenit raket komplekslərindən döyüş atışlarının icrası bu istiqamətdə görülən işlərin cüzi bir qismi, həyata keçirilən tədbirlərin müəyyən bir parçasıdır. Ümumi proseslərə nəzər saldıqda isə əminliklə deyə bilərik ki, müasir texnoloji avadanlıqla təchiz edilən Hərbi Hava Qüvvələrimiz özünəməxsus bütün komponentlərə - döyüş növbətçiliyinin yüksək səviyyədə aparılması, qüvvələrin qısa müddətdə döyüşə hazır vəziyyətə gətirilməsi, həmçinin istənilən iqlim, hava şəraitində və sutka ərzində düşmənin hava hədəflərinin izlənilməsi, kəşfiyyat məlumatlarının toplanması, təhlili, qərarların dəqiq, vaxtında qəbulu, bütün hədəflərin dərhal, dəqiqliklə məhv edilməsi və aviasiya qüvvələrinin bütün döyüş tapşırıqlarının səmərəli icrasını təmin etmək imkanına tam malikdir. Bu gün ordumuzun üzərində çalışdığı ən mühüm istiqamətlərdən biri də müasir döyüş taktikasına uyğun olaraq, düşmənlə birbaşa təmasa girmədən onun qüvvə və vasitələrini məhv etmək, hərbi strukturlarını iflic vəziyyətinə salmaqla onun canlı qüvvəsinin maksimum demoralizə olunmasına nail olmaqdır. Və tam səmimiyyətlə deyə bilərik ki, bu istiqamətdə böyük uğurlara artıq imza atmışıq.

Heç kimə sirr deyil ki, son illər Azərbaycanda hərbi-sənaye kompleksinə aid onlarla müəssisə uğurla fəaliyyət göstərir və ordumuzu keyfiyyətli məhsullarla təmin edir.

İki nazirlik arasında imzalanan anlaşma memorandumuna əsasən bölmələrimiz yerli istehsal olan “Zərbə” və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatları ilə təmin ediləcək, həmçinin yüzlərlə yeni növ kamikadze tipli PUA hərbi hissələrimizin istismarına veriləcəkdir.

Heç kimə sirr deyil ki, Azərbaycanın hərbi sənaye zavodlarında bütün növ patronlar, tapançalar, avtomatlar, pulemyotlar, qumbaraatanlar, minaatanlar, aviasiya bombaları, zirehli maşınlar, snayper tüfəngləri, pilotsuz uçuş aparatları da daxil olmaqla, mindən artıq çeşiddə müdafiə təyinatlı məhsullar istehsal edilir.

Bütün bunlarla yanaşı, digər dost ölkələrin hərbi sənaye imkanları nəzərə alınmaqla müxtəlif istiqamətlərdə, müxtəlif çeşiddə hərbi təyinatlı məhsulların əldə olunması, modernizasiyası da nəzərdə tutulur və bu proses davamlı xarakter daşımaqdadır. Düşmən üzərində daim hərbi üstünlüyü saxlamaq məqsədilə regionun xüsusiyyətləri, cəbhəboyu zonadakı şərait və vəziyyət nəzərə alınmaqla ordumuzun silahlanmasına inkişaf etmiş müxtəlif ölkələrdə istehsal olunan yeni, müasir və keyfiyyətli, yüksək dəqiqliyə malik, geniş ərazidə məhvetmə gücündə olan döyüş texnikaları, eləcə də digər hərbi təyinatlı məhsulların daxil edilməsi planauyğun təşkil ediləcəkdir.

Sonda onu da qeyd etmək istərdim ki, bütün bunlar yalnız bir məqsədə xidmət edir Vətən torpaqlarını işğaldan azad etmək. Sadaladığımız bütün bu imkanlara malik olan ordumuz düşmən üzərində qələbə qazanmaqda israrlıdır, əzmlidir və buna qadirdir. Bunu Aprel döyüşlərində darmadağın edilən düşmən anlamışdır və o, bundan nəticə çıxarmaq, torpaqlarımızı sülh yolu ilə tərk etmək məcburiyyətindədir. Aprel döyüşlərini unutmamaqla, növbəti döyüşlərdə onları nələrin gözlədiyini düşmənin artıq anlamaq və təsəvvür etməyin vaxtı çoxdan gəlib.

Heç şübhəsiz işğalla heç vaxt barışmayacaq ölkəmizdə ordu quruculuğu Ali Baş Komandanın tapşırığına əsasən növbəti illərdə də prioritet sahələrdən biri olaraq qalacaqdır. Müasir silahlara, yüksək texnologiyalara, ən qabaqcıl hərbi-texniki vasitələrə, güclü sosial bazaya, ruh yüksəkliyinə malik olan Azərbaycan Ordusu işğal altında olan torpaqları azad etməklə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi kimi, müqəddəs vəzifənin icrasına tam hazırdır. Buna hər kəs əmin ola bilər. Ordumuz bu əminliyi, inamı doğrultmaq qüdrətinə malikdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib