Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölkəmizdəki dini konfessiyaların rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat veriblər

Ölkəmizdəki dini konfessiyaların rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat veriblər

Bakı, 18 yanvar, AZƏRTAC

Ölkəmizdəki dini konfessiyaların rəhbərləri 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı bəyanat veriblər.

AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir:

“Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn, eyni zamanda, milli qürur və qəhrəmanlıq salnaməsi kimi həkk olunmuş Qanlı Yanvar faciəsinin növbəti ildönümü ərəfəsindəyik. Azərbaycan dövlətçilyinin bərpası, milli müstəqilliyimiz uğrunda qurban getmiş, Uca Yaradanın nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalmışlara ehtiramımız tükənməz, əbədidir.

20 Yanvar xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzidir. 20 Yanvarda sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi. Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev bütün təqiblərə baxmayaraq, doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib SSRİ rəhbərliyinin törətdiyi bu qanlı cinayətə kəskin etirazını bildirdi, onun təşkilatçılarını qəzəblə ittiham etdi, törədilmiş hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd təxribat kimi səciyyələndirdi. Şeyxülislam Allahşükür Paşazadə keçmiş SSRİ prezidenti Mixail Qorbaçova göndərdiyi ittiham dolu açıq məktubunda hadisələrə sərt və prinsipial münasibətini bildirdi. Siyasi lider və dini rəhbərin qətiyyətli mövqeləri xalqı ruhlandırdı, səfərbər etdi. Bir milyondan artıq insan təqiblərdən, hətta ölümdən belə qorxmayaraq şəhərin baş meydanına axışdı, azadlıq uğrunda qurban getmiş şəhidləri müqəddəs Vətən torpağına tapşırdı. Beləliklə, qanlı 20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi, milli vəhdət nümunəsi olaraq həkk olundu.

1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan xalqı ərazi bütövlüyümüzə təhdidlərlə üz-üzə qaldı. Azərbaycanın müdrik lideri Heydər Əliyevin SSRİ politbürosundan məkr və hiylələrlə uzaqlaşdırılmasından sonra ölkəmizə ərazi iddialarını ortaya qoyan Ermənistan Azərbaycanda mövcud daxili çəkişmə, xaos və siyasi səriştəsizlik mühitindən yararlanaraq 20 faiz torpaqlarımızı işğal etdi. Azərbaycanın taleyi, hətta müstəqil dövlət kimi varlığı şübhə altında olduğu bir vaxtda xalqın çağırışları ilə ölkə rəhbərliyinə dəvət edilən Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas etdi. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Naxçıvanda qaldıran müdrik lider öz siyasi dühası ilə Azərbaycan Respublikasının siyasi, iqtisadi qüdrətini təmin etdi, dövlətimizi beynəlxalq müstəvidə tanıtdı. Ulu Öndər müəllifi olduğu müasir Azərbaycan dövlətçiliyinin gələcək qələbələrinin memarı oldu. Onun siyasi yolunun davamçısı, millət, dövlət naminə ata vəsiyyətinə əməl edərək Azərbaycan xalqının ən ülvi arzusunu yerinə yetirdi - işğalda olan torpaqlarımızı, Qarabağı, Şuşanı azad edərək xalqımıza qaytardı.

Beynəlxalq hüququ heçə sayan, sülh danışıqlarında qeyri-konstruktivlik nümayiş etdirən və silahlı təxribatlarından əl çəkməyən Ermənistanın 28 il davam edən işğalçılıq siyasətinə Azərbaycan xalqı 44 gün davam edən Vətən müharibəsi ilə son qoydu. Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu ədaləti bərpa edərək işğal altında olan ərazilərimizi azad etdi. Torpaqlarımızda Azərbaycanın üçrəngli dövlət bayrağı dalğalandı, Azan səsi ucaldı. Müstəqil Azərbaycan dövləti qəhrəman övladlarının qanı bahasına İkinci Qarabağ savaşının qalibi oldu.

Bu zəfərə gedən yolun bünövrəsi, heç şübhəsiz ki, 20 Yanvarda qoyuldu. 20 Yanvar bizi müstəqilliyə, milli, dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi oldu. Qarabağ uğrunda müharibənin - Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Vətən müharibəsinin şəhidləri 20 Yanvar şəhidlərinin uca mənəviyyat yolunun davamçılarıdırlar. Şəhidlərimiz, qazilərimiz bizim qürur mənbəyimizdir. Şəhidlərimizin müqəddəs ruhlarına ən böyük töhfə Qarabağ zəfərimiz, müstəqilliyimizin əbədiliyi, dövlətçiliyimizin artan qüdrəti, Vətənimizin tərəqqisi və xalqımızın səadətidir. Biz inanırıq ki, Allahın köməyi və möhtərəm Prezidentimiz zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə xalqımız özünün bütün ülvi arzularına yetişəcək, işğaldan azad olunmuş doğma torpaqlarımız gülüstana çevriləcək, inşallah. Şükürlər olsun ki, Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalq, dövlət naminə davamlı səyləri sayəsində ölkəmizin siyasi, iqtisadi qüdrəti daha da artır, beynəlxalq nüfuzu daha da güclənir, mədəni, dini-mənəvi dəyərləri ən yüksək səviyyədə qorunaraq inkişaf etdirilir. Bütün dünya Azərbaycan xalqının tolerantlığının, multikultural dəyərlərə ehtiramının, dövlət başçısı zati-aliləri İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dünyanın bəşəri əhəmiyyətli mədəni-mənəvi irs nümunələrinə və ölkəmizin ərazisindəki bütün dinlərə məxsus abidələrə, məscid, kilsə, sinaqoqlara diqqət və qayğısının əyani şahididir.

Azərbaycanın müstəqilliyi, milli dövlətçiliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuşlar sırasında müxtəlif din və millətlərə mənsub vətəndaşlarımız vardır. 20 Yanvarda, Vətən müharibəsində ölkədəki xristianlar, yəhudilər, digər millət və din mənsubları Azərbaycan xalqı ilə bir cərgədə, mübarizə meydanında çiyin-çiyinə olmuşlar. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Milli Qəhrəman mübarizlərlə bərabər Aqarunovlar, Yakovlevlər, Polovinkolar, Senyuşkinlər kimi yəhudi, rus, ukraynalı və digər millətləri təmsil edən qəhrəman Vətən oğulları ilə fəxr edirik. Şəhidlərimiz bizim qürur mənbəyimiz, Azərbaycan torpağının əziz övladlarıdır. Uca Yaradan bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa bəxş etsin! Vətən sağ olsun!

Azərbaycanın tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi xalqımız üçün bütün taleyüklü məqamlarda ölkəmizdəki bütün dini konfessiyalarla birlikdə haqq işimizin qələbəsi üçün var qüvvəsi ilə səy göstərmişdir. Din xadimləri gecəli-gündüzlü öz mənəvi missiyalarını, vətəndaşlıq borclarını ən yüksək səviyyədə həyata keçirmiş, dini ayinlərin icrası, şəhidlərimizin dəfni ilə bağlı xalqın, şəhid ailələrinin yanında və xidmətində olmuşlar. Qafqaz Müsəlmanları İdarəsi Vətən müharibəsi günlərində dini konfessiya rəhbərləri ilə birgə dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, nüfuzlu dini mərkəzlərə müraciətlər ünvanlamış, ədalətli mübarizəmizin reallıqlarını, erməni tərəfinin törətdiyi vandal, barbar hərəkətlər barədə məlumatları yaymışdır. Məramımız Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazilərini işğal etmiş təcavüzkar Ermənistanın beynəlxalq hüquqazidd əməllərini, BMT-nin 4 qətnaməsini yerinə yetirməməsini və ölkəmizin öz ərazisində, öz torpaqları uğrunda apardığı haqq mücadiləsinin ədalətli səciyyə daşıdığı barədə həqiqətləri ictimailəşdirmək olmuşdur. Təəssüflər olsun ki, bəzən problemlərə qərəzli, ikili standartlar çərçivəsində yanaşan dünya bilməlidir ki, XX əsrdə ən qanlı terror aktları, insanlığa qarşı ağır cinayətlər sırasında Azərbaycan xalqına qarşı kütləvi terror — Qarabağ münaqişəsi, Xocalı soyqırımı, 20 Yanvar faciəsi də vardır, XXI əsrdə özgənin torpağını işğalda saxlamağa, mədəni, dini-mənəvi dəyərlərini məhv edən, kilsələrin tarixini saxtalaşdıraraq mənimsəməyə cəhd edən, məscidləri tövləyə çevirərək həqarət edən, dinc əhalini qətlə yetirən, şəhərləri viran qoyan, ruhlar məkanına çevirən torpaqlara od vuran irqçi-faşist xislətli erməni ekstremizmi mövcuddur. Dünya öz xalqını sülhə çağırmaq əvəzinə siyasi ambisiyaların ardınca gedən, bəşəri dəyərləri, ilahi çağırışları təlqin etmək əvəzinə bir əlində xaç, bir əlində silah xalqını işğala səsləyən, özgə torpaqlarında ölümə təhrik edən erməni ruhaniliyinin hərəkətlərinə qiymət verməlidir.

Bütün səmavi dinlər insan həyatını Uca Allahın yaratdığı müqəddəs dəyər kimi qiymətləndirir, ədalətə ümidi təlqin edir. Yəhudilikdə insan həyatının xilası önəm kəsb edir ki, bu, məlum on qadağada öz əksini tapmış, qan axıdılmasına yol verməmək bütün bəşər üçün vacib sayılmışdir. Xristianlıq qaranlıq gecədən sonra işıq gələcəyinə ümidi təlqin edir. Uca Yaradan “Qurani-Kərim”də buyurur: "İçərinizdə insanları yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar həqiqətən nicat tapmış şəxslərdir" (Ali-İmran, 104).

Şəhidlik imanın, əqidə və amal uğrunda mübarizənin ən yüksək zirvəsidir. Biz, Qafqaz Müsəlmanları İdarəsinin sədri və ölkəmizdəki dini konfessiyaların rəhbərləri 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin bütövlüyü və milli müstəqilliyimiz uğrunda canlarını fəda etmiş bütün şəhid ailələrinə dərin hüznlə başsağlığı verir, qazilərə Uca Allahdan şəfa diləyirik. Bu ümummilli hüzn, eyni zamanda, xalqımızın birlik və vəhdətini təcəssüm etdirən qürurlu tarixin ildönümü gününü yüksək səviyyədə qeyd etmək, şəhidlərimizin əziz ruhlarını anmaq bütün vətəndaşların, o cümlədən, dindarların Allah, Vətən qarşısında müqəddəs borcudur.

Uca Allah bütün Vətən şəhidlərinə rəhmət eləsin!”.

Bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Alban-udi xristian dini icmasının sədri Robert Mobili imzalayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlığında yeni mərhələ - ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır