Ölkənin ərzaq məhsulları ilə təminatında problem yoxdur
Bakı, 29 mart, AZƏRTAC
Azərbaycanda koronavirus infeksiyasının yayılması ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejimində ölkənin ərzaq məhsulları ilə təminatında problem yoxdur.
AZƏRTAC xəbər verir ki, bunu Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib.
Onun sözlərinə görə, qıtlıq barədə danışmaq düz deyil. Ölkədə payızlıq buğda və arpa əkinləri koronavirus yayılmadan qabaq aparılmışdı. Həmin əkinlər üzrə məhsul yığımı yayda həyata keçiriləcək. Yazlıq əkinlər üçün əkin sahələri müəyyənləşdirilib, hazırda torpaq becərmə işləri, o cümlədən səpinqabağı işlər aparılır.
“Gübrə, pestisid, toxum və digər zəruri mal-materiallar öncədən tədarük edilib, aidiyyəti kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilib. Yazlıq əkinlər isə aprelin 10-dan başlayaraq may ayının birinci ongünlüyünə qədər davam edir. Hesab edirəm ki, yazlıq bitkilərin əkini və tədarükü ilə bağlı problemlər gözlənilmir. Hazırda əkin aparılacaq sahələrdə mövsümi işlər davam etdirilir. Dövlət tərəfindən bu məhsulların toplanmasında və bazara çıxarılmasında fermerlərə maksimum dərəcədə kömək göstərilir”, - deyə, o, qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Almaniya NATO-nun şərq cinahında hərbi hazırlığını gücləndirir
- 22.06.2026 [23:51]
Vens: Son 36 saat ərzində aparılan müzakirələr məhsuldar keçib
- 22.06.2026 [23:42]
Dünya çempionatı: Messi Argentinaya qələbə qazandırıb
- 22.06.2026 [23:08]
Azərbaycan diasporunun fəal simalarından biri – Fərqanə Bayramlı
- 22.06.2026 [23:01]
Paytaxt sakinləri üçün ictimai dinləmə sosial xidmətlərə həsr olunacaq
- 22.06.2026 [22:35]