OMBUDSMAN “QAYIDIŞ” QƏSƏBƏSİNDƏ MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞMÜŞDÜR
Ombudsman aparatından AZƏRTAC-a bildirmişlər ki, insan hüquqları üzrə müvəkkil soydaşlarımızın problemləri ilə maraqlanmış, “Saatlı-1” çadır şəhərciyində qalan 60-a yaxın ailənin də yaxın vaxtlarda buraya köçürüləcəyini qeyd etmişdir.
Vaxtilə cadırlarda yaşayan doqquz mindən cox soydaşımız son bir ildə salınmış 11 qəsəbəyə kocürülmüşdür. Qəsəbələrin hər biri daşdan tikilmiş 200 evdən ibarətdir. Qəsəbədə məktəb və uşaq bağçasi, xəstəxana, poçt və digər xidmət obyektləri tikilmiş, sosial problemlər həll edilmişdir. Ombudsman yeni evlərdə yaşayan məcburi köçkünlərin problemləri ilə də maraqlanmışdır.