ÖMƏR ŞƏRİF MƏHKƏMƏ QARŞISINDA CAVAB VERƏCƏK
Aktyor buradakı avtomobil dayanacağının xidmətçisi Xuan Andersenin maşını vaxtında sürüb gətirməməsindən narazı qalmış, lakin buna baxmayaraq, ona 20 avro “çay pulu” vermişdir. Andersen tanış olmayan valyutanı almaqdan imtina etmiş, Şərif isə onu axmaq meksikalı adlandıraraq, yumruqlarını işə salmışdır.
Andersen tibbi yardım üçün müraciət etməmiş və polis nümayəndələrinin sözlərinə görə, ciddi zədə almamışdır. Buna baxmayaraq, 4 ay sonra mülki işlər məhkəməsində iddia qaldıraraq, 50 min dollar ödənilməsini, habelə ona vurulan maddi ziyanın kompensasiya olunmasını tələb etmişdir. Kompensasiyanın məbləği açıqlanmır. Ömər Şərifin vəkilləri israr edirlər ki, iddiaçı kiçik hadisədən faydalanmağa
çalışır.
Əslən ərəb olan Ömər Şərif təxminən 40 filmdə çəkilmişdir. Lakin ən məşhur rollarını “Ərəbistanlı Lourens”, “Doktor Jivaqo”, “Makkenanın qızılı”, “Gülməli qız”, “Vadidə mübarizə” filmlərində yaratmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]