İQTİSADİYYAT
Ötən ay Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 495 vətəndaş müraciət edib
![Ötən ay Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 495 vətəndaş müraciət edib](/files/2023/2/1200x630/16860344792626431567_1200x630.jpg)
Bakı, 6 iyun, AZƏRTAC
Cari ilin may ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) bilavasitə və Energetika Nazirliyindən 495 müraciət daxil olub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, elektrik enerjisi təchizatı ilə bağlı 37-si məlumat üçün olmaqla cəmi 416 müraciət edilib.
Təbii qaz təchizatı ilə bağlı 6-sı məlumat xarakterli olmaqla 65 müraciət olunub.
İstilik təchizatı ilə bağlı cəmi 3 müraciət edilib. Digər məsələlərlə bağlı isə 1-i məlumat üçün olmaqla 11 müraciət göndərilib.
Müraciətlərdən 192-si agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (1 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 259 müraciət hazırda baxılma prosesindədir, 44 məlumat xarakterli müraciətdən 24-ü qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.