Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ötən ay muxtar respublikada keçirilən beynəlxalq səviyyəli tədbirlərlə, böyük uğurlarla yadda qalıb

Ötən ay muxtar respublikada keçirilən beynəlxalq səviyyəli tədbirlərlə, böyük uğurlarla yadda qalıb

Naxçıvan, 6 iyun, Rauf Əliyev, AZƏRTAC 

İyirmi dörd illik blokadaya baxmayaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin işıqlı yoluna sədaqətli olan zəhmətkeş, fədakar insanların gərgin əməyi sayəsində bu gün Naxçıvan Muxtar Respublikası özünün intibah dövrünü yaşayır. Son 20 ildə muxtar respublikada bütün sahələrdə əldə olunan möhtəşəm nailiyyətlər Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasının vətənpərvər naxçıvanlılar tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.

Naxçıvan Muxtar Respublikasında Ümummilli Liderin anadan olmasının 92-ci ildönümü təntənəli tədbirlərlə qeyd olundu. Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoydu, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad etdi.

Bu gün həyata keçirilən iqtisadi islahatlar nəticəsində qısa tarixi dövr ərzində muxtar respublikada makroiqtisadi sabitlik yaranıb, iqtisadiyyat dinamik inkişaf edib və əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb.

20 il ərzində çox böyük zəhmətlə görülən genişmiqyaslı işlər, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Naxçıvan Muxtar Respublikası bu gün beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Burada beynəlxalq idman yarışlarının keçirilməsi muxtar respublikada həm də idman infrastrukturunun müasir dövrün tələbləri səviyyəsində qurulmasından və qədim diyarda idmanın çox sürətlə inkişaf etməsindən xəbər verir.

Ölkəmizdə keçiriləcək mötəbər beynəlxalq idman tədbiri - “Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində, mayın 2-də muxtar respublikada ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş ənənəvi “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi oldu. Festivalda dünya və Avropa çempionu olmuş şahmatçılar, beynəlxalq qrossmeysterlər, beynəlxalq şahmat və FİDE ustaları iştirak etdilər. Ölkəmizi festivalda 303 şahmatçı təmsil etdi ki, onlardan 80-i Naxçıvan Muxtar Respublikasından olan şahmatçılar idi. Bu isə muxtar respublikada şahmatın xüsusilə kütləviləşdiyini göstərirdi.

Bu da təsadüfi deyil. Çünki Naxçıvanda şahmatın inkişafına xüsusi diqqət göstərilir. Qeyd etmək yerinə düşər ki, bu gün Naxçıvan şəhərində Şahmat Mərkəzi, rayon mərkəzlərində isə şahmat məktəbləri fəaliyyət göstərir. Şahmat tədris müəssisələrinin hər biri üçün müasir binalar tikilib istifadəyə verilib. Bunun ən bariz nümunəsi də elə “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının açılış mərasimindən bir gün əvvəl, yəni mayın 1-də muxtar respublikanın 11 il bundan əvvəl yaradılmış rayonunda - Kəngərlidə rayon Təhsil Şöbəsinin yeni inzibati binası ilə birlikdə Kəngərli Rayon Uşaq-gənclər şahmat məktəbinin 4 mərtəbəli yeni binasının açılışının olması idi.

Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafına əhəmiyyət verilməsi heç də səbəbsiz deyil. “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu barədə deyib: “Müdriklər gənc nəslin zehni inkişafında və formalaşmasında şahmatın imkanlarından faydalanmağın vacibliyin bildirmişlər. Bu, ondan irəli gəlir ki, şahmat bir tərəfdən gənclərin əqli inkişafına kömək edirsə, digər tərəfdən onların asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir. Azərbaycan xalqı qədimdən bu zəka oyununa böyük maraq göstərmişdir. Lakin ölkəmizdə idman növü kimi şahmatın kütləvi inkişafı ötən əsrin 70-ci illərindən başlanmışdır. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həmin dövrdə rayon mərkəzlərində və şəhərlərdə şahmat məktəbləri tikilib istifadəyə verilmiş, peşəkar şahmatçılar nəsli yetişdirilmiş və Azərbaycan şahmat məktəbinin əsası qoyulmuşdur. Dahi şəxsiyyət ölkəmizin müstəqillik dövründə də şahmatın inkişafına diqqət göstərmiş, onun himayə və qayğısı ilə bu sahədə möhkəm maddi-texniki baza yaradılmışdır”.

Bəli, muxtar respublikada bütün sahələrdə olduğu kimi, bu sahədə də Ulu Öndərin siyasi xətti uğurla davam etdirilir. Bu gün qədim diyarda 3 mindən artıq məktəbli peşəkar formada şahmatla məşğul olur. Bundan başqa, ümumtəhsil məktəblərində şahmat fənninin dərs proqramına daxil edilməsi gənclərin bu idman növünə marağını xeyli artırıb. Şahmatın inkişafına göstərilən qayğının nəticəsidir ki, bu gün muxtar respublika şahmatçıları arasında 2 beynəlxalq qrossmeyster, 2 beynəlxalq hakim və 2 FİDE ustası vardır.

Naxçıvan tarixən aqrar region kimi tanınıb. Qədim diyarın yeraltı və yerüstü sərvətlərindən, münbit torpaqlarından səmərəli istifadə olunması məqsədilə 1995-ci ildən burada böyük layihələr həyata keçirilir. Bu gün muxtar respublikada tarixən formalaşmış təsərrüfatçılıq ənənələri inkişaf etdirilir, ərzaq təhlükəsizliyi və meyvə-tərəvəzçiliyin inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramları dəqiqliklə icra olunur. Naxçıvan Muxtar Respublikasında “Kənd təsərrüfatı ili” elan olunan 2015-ci ildə də bu sahənin inkişafı üçün kompleks tədbirlər həyata keçirilir.

Mayın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində əkinəyararlı torpaqlardan istifadənin və əhaliyə göstərilən xidmətlərin vəziyyəti barədə keçirilən müşavirənin də əsas məqsədi kənd təsərrüfatı sahəsində daha böyük uğurlara nail olmaq üçün qarşıda duran vəzifələri bir daha müəyyənləşdirmək, bu istiqamətdə lazımi tədbirlərin həyata keçirilməsini təmin etməkdir. Bunun üçün geniş imkanlar, lazımi resurslar var. Muxtar respublikanın malik olduğu 550 min 275 hektar torpaq sahəsinin 164 min 269 hektarı və ya 30 faizə yaxını kənd təsərrüfatına yararlıdır. 2015-ci il 1 yanvar vəziyyətinə əkin sahələri 52 min 328 hektar təşkil edir ki, bunun da 40 min 959 hektarı və ya 78 faizi suvarılan torpaqlardır. Əkin sahələrinin 38 min 716 hektarı və ya 70 faizə yaxını xüsusi mülkiyyətdədir. Bu da torpaq mülkiyyətçilərinin qarşısında ciddi vəzifələrin dayandığını göstərir. Onların marağını artırmaq məqsədilə muxtar respublikada müxtəlif stimullaşdırıcı tədbirlər görülür. Yeni suvarma kanalları və nasos stansiyalarının istifadəyə verilməsi, əkin sahələrinin su ilə təminatının yaxşılaşdırılması torpaq mülkiyyətçilərinin əkin sahələrini genişləndirməsinə böyük imkanlar açır. Bu həm də muxtar respublikada əhalinin rifah halının daha da yaxşılaşmasına hesablanmış əhəmiyyətli addımdır.

Müşavirədə muxtar respublikanın bank və kredit təşkilatlarına kənd təsərrüfatına ayrılan kreditlərin həcmini artırmaları, əkin üçün kreditlərin verilməsində operativliyin təmin edilməsi barədə tapşırıqlar verilib. Müşavirədə o da vurğulanıb ki, Kənd Təsərrüfatı Nazirliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə əkin üçün yararlı torpaq sahələrinin səmərəli istifadə edilməsinə diqqəti artırmalı, tərtib edilmiş əkin atlaslarına uyğun əkin aparılması üçün torpaq sahiblərini mütəmadi olaraq məlumatlandırmalı, əkilməyən torpaq sahələrini müəyyənləşdirib əkin dövriyyəsinə cəlb edilməsi üçün tədbirlər görməlidir.

İstifadəsiz qalmış torpaqların sahibləri ilə maarifləndirici söhbətlərin aparılması, pay torpaqlarının könüllü birləşdirilməsi əsasında birgə təsərrüfatların yaradılmasına dəstək göstərilməsi də bu sahənin inkişafına şərait yaradacaqdır. Qarşıya qoyulan vəzifələrdən biri də Kənd Təsərrüfatı Nazirliyinin “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə torpaq mülkiyyətçilərinin əkin materialları, keyfiyyətli və məhsuldar toxum sortları ilə təmin edilməsi üçün zəruri tədbirlər görməsi, təsərrüfatların kənd təsərrüfatı texnikası və mineral gübrələrlə təminatının yaxşılaşdırılmasına nail olmalarıdır. Əminliklə demək olar ki, bu məsələlərin həll olunması əkin sahələrinin genişləndirilməsində böyük rol oynayacaqdır.

Hər il muxtar respublikada 1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində qazanılan tarixi Qələbənin ildönümü müxtəlif tədbirlərlə qeyd olunur.

Mayın 9-da Qələbənin 70-ci ildönümü münasibətilə muxtar respublikada bayram tədbirləri keçirilib.

Bu gün Vətənimizin müdafiəsi yolunda sağlamlıqlarını itirən insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onların minik avtomobilləri ilə təmin olunması diqqət mərkəzindədir. Mayın 9-da - faşizm üzərində Qələbənin 70-ci ildönümündə Naxçıvan şəhərində Azərbaycan Vətən Müharibəsi və Çernobıl əlillərinə, 1941-1945-ci illər müharibəsi veteranına və müharibə əlilinə bərabər tutulan şəxslərə 10 ədəd “NAZ-Lifan-320” markalı minik avtomobili təqdim edilib.

Sürətli sosial-iqtisadi yüksəlişi ilə regional cazibə məkanına çevrilən Naxçıvan Muxtar Respublikasına, demək olar ki, hər ay dünyanın nüfuzlu dövlətlərinin yüksək səviyyəli nümayəndələri səfər edir, muxtar respublikanın iqtisadi inkişafı, qədim tarixi, füsunkar təbiəti, burada yaradılmış möhtəşəm infrastruktur ilə tanış olurlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 13-də İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz, mayın 14-də isə Azərbaycan-Türkiyə birgə hərbi təlimlərində iştirak etmək üçün Naxçıvana gələn Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar ilə görüşüb.

Son dövrlər Azərbaycan Silahlı Qüvvələri və onun tərkib hissəsi olan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu istər hərbi təlimlərdə, istərsə də təcavüzkar düşmənin təxribatlarına qarşı ildırımsürətli cavab zərbələrində öz gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Mayın 15-də Naxçıvan Muxtar Respublikasında keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimləri də ordumuzun yüksək döyüş hazırlığına malik olduğunu bir daha sübut etdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar birgə taktiki təlimi izləyiblər.

Həqiqətən də, əgər Əlahiddə Ümumqoşun Ordusu özünün yüksək döyüş qabiliyyəti, nizam-intizamı və silah-sursat təchizatı ilə NATO kimi qüdrətli hərbi-siyasi təşkilatda dünyanın supergücü olan Amerika Birləşmiş Ştatlarından sonra ikinci yerdə qərarlaşan, Avropada isə analoqu olmayan Türkiyə Silahlı Qüvvələri ilə birgə keçirdiyi hərbi təlimlərdə öz gücünü nümayiş etdirə bilirsə, bu, o deməkdir ki, blokada vəziyyətində yaşayan Naxçıvanın müdafiəsi çox yüksək səviyyədə təşkil olunub. Yəni, bu gün Əlahiddə Ümumqoşun Ordusu qədim diyarın sürətli yüksəlişinin, intibahının qarantıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri qardaş Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrini, əsgər və zabitləri, eləcə də tədbir iştirakçılarını Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinin uğurla başa çatması münasibətilə təbrik etdikdən sonra bu həqiqəti bir daha ifadə edərək deyib: “Bu təlimlər müstəqil ölkələrimizin iqtisadi və hərbi qüdrətinin göstəricisidir. 20-ci yüzilliyin əvvəlində böyük Mustafa Kamal Atatürk türk ordusunu yaratmaqla qardaş Türkiyəni xilas etdi. Həmin əsrin sonunda müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev də milli ordumuzu yaratmaqla Azərbaycanı parçalanmaqdan xilas etdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu sahəsində başladığı taleyüklü işlərin və vəzifələrin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Ordusu müstəqilliyimizin təminatçısıdır. Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikası ərazisindəki birləşmə və hissələri də böyük təşkilatlanma yolu keçmişlər. Naxçıvandakı motoatıcı briqada quruculuq tədbirləri nəticəsində peşəkar hərbi heyətə və güclü maddi-texniki bazaya malik Əlahiddə Ümumqoşun Ordusu səviyyəsinə gəlib çatmışdır”.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, maddi-texniki təchizatı və şəxsi heyətin xidməti şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan şəhərində yerləşən hərbi hissə üçün yeni binalar inşa edilib. Mayın 15-də qərargah binasının və əsgər yataqxanasının açılışı olub. Həmin gün Naxçıvan Əlahiddə Ümumqoşun Ordusuna yeni xidməti avtomobillər və yük maşınları təqdim edilib.

Çiçəklənmə dövrünü yaşayan Naxçıvan Muxtar Respublikasında tikinti-quruculuq işləri də geniş vüsət alıb. Demək olar ki, hər ay muxtar respublikada bir sıra sosial, inzibati binalar istifadəyə verilir, abadlıq, quruculuq işləri sürətlə davam etdirilir. Mayın 5-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Culfa Rayonlararası Müayinə Mərkəzinin, mayın 14-də Naxçıvan şəhərinin “İstiqlal” küçəsində inşa olunan 95 nömrəli yeni ictimai yaşayış binasının və Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının Atıcılıq və əyləncə mərkəzinin, mayın 21-də Naxçıvan Dövlət Universiteti Xəstəxanasının və universitetin Baytarlıq təbabəti ixtisasının yeni binalarının, mayın 27-də isə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binasının açılışı göstərir ki, muxtar respublikada tikinti-quruculuq işləri bu gün də böyük sürətlə davam etdirilir. Bu, muxtar respublikada görülən işlərin miqyasını ifadə etmək üçün çox tutarlı faktdır.

Bu gün sürətlə inkişaf edən Naxçıvan Muxtar Respublikası çağdaş intibah dövrünü yaşayır. Qurub-yaratmaq əzmi ilə Vətən sevgisinin misilsiz nümunəsini göstərən naxçıvanlılar, sözün həqiqi mənasında, xarüqələr yaradırlar. Blokada şəraitində olan bir diyarın böyük sürətlə inkişaf etməsi isə bir çox ekspertlərin diqqətini cəlb edir. Çünki blokada şəraitində yaşayan bir məkanın bu dərəcədə sürətli iqtisadi yüksəlişə nail olması faktına dünyanın heç bir yerində rast gəlinməyib. Dünya tarixində də belə bir hal baş verməyib. Yəni Naxçıvan bugünkü sürətli sosial-iqtisadi inkişafı ilə həm də tarixdə bir ilkə imza atır. Şübhəsiz ki, bunu reallaşdıran insanların adları tarixə qızıl hərflərlə yazılacaqdır.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı

bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib