Ötən gün BDU-da yeddi mindən çox tələbə imtahan verib
Bakı, 15 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) 2020-2021-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başlayıb. Sessiya iyulun 2-dək gün ərzində 2 növbədə onlayn davam edir.
BDU-dan AZƏRTAC-a bildirilib ki, iyunun 14-də 346 qrup üzrə 7260 tələbə (476 nəfər SABAH qrupu olmaqla) imtahan verib. BDU-nun Qazax filialında isə 463 tələbə imtahanlarda iştirak edib.
İmtahanları BDU rəhbərliyi, dekanlar, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri müşahidə edir.
Qeyd edək ki, imtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı İmtahan Qərargahı və “Qaynar xətt” yaradılıb. Qərargahın nəzdində Apellyasiya Komissiyası fəaliyyət göstərir.