Ötən gün koronavirusa rekord sayda – 358 mindən çox yoluxma qeydə alınıb
Bakı, 10 oktyabr, AZƏRTAC
Oktyabrın 9-da dünyada COVID-19 infeksiyasına rekord sayda - 358 min 354 yoluxma halı qeydə alınıb. Əvvəlki rekord 349 min 339 nəfərin yoluxduğu oktyabrın 8-də müşahidə edilmişdi.
AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, həmçinin ötən sutka ərzində COVID-19 infeksiyası səbəbindən 5 min 807 nəfər həyatını itirib.
İndiyədək dünyada koronavirusa yoluxanların sayı 37 milyon nəfəri ötüb, ölənlərin sayı isə 1 milyon 73 mindən çoxdur.
Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]