Özbəkistanda 4,1 milyon nəfər pulsuz peyvənd olunacaq
Daşkənd, 2 mart, AZƏRTAC
Özbəkistanda bu ilin sonunadək 4,1 milyon nəfər pulsuz peyvənd olunacaq.
AZƏRTAC xəbər verir ki, bu haqda Özbəkistan Sanitar-Epidemioloji Stansiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 65 yaşından yuxarı şəxslər, hüquq-mühafizə orqanlarının nümayəndələri və hərbçilər, tibb müəssisələrinin əməkdaşları, xroniki xəstəliyi olan insanlar, məktəb müəllimləri, məktəbəqədər tərbiyə müəssisələrinin işçiləri bu xidmətdən pulsuz istifadə edəcək. Əhalinin digər təbəqələrinin peyvəndlənməsinin pullu olması haqqında hələ ki, konkret qərar yoxdur.
Vurğulanır ki, ölkədə kütləvi peyvəndləmə üçün Özbəkistanın da həmmüəllifi olduğu Çinin “ZF-UZ-VAC 2001”və Rusiyanın “Sputnik V”, həmçinin “Pfizer” və “BioNTech” vaksinlərindən istifadə ediləcək.
Məlumatda qeyd edilir ki, “ZF-UZ-VAC 2001” vaksininin Özbəkistanda istehsalı da nəzərdə tutulur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]
BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi Nyu-Yorkda başlayır
- 22.09.2026 [16:33]
Rumıniya Aİ-də benzinin ən çox bahalaşdığı ölkələr sırasındadır
- 22.09.2026 [16:32]
Rubio: Tramp İran Prezidenti ilə görüşə açıqdır
- 22.09.2026 [16:18]
Rumıniya neft tələbatının 77 faizini idxal hesabına ödəyir
- 22.09.2026 [16:05]