Özbəkistanın elmi jurnalında Azərbaycan aliminin məqaləsi dərc edilib
Daşkənd, 8 fevral, АZƏRTAC
Özbəkistan Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun “Dil və ədəbiyyat təlimi” elmi jurnalında Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi işçisi Təranə Həşimovanın rus dilində “Çingiz Aytmatov və Bəxtiyar Vahabzadənin qarşılıqlı yaradıcılıq əlaqələri və paralellər” adlı məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Bəxtiyar Vahabzadə və Çingiz Aytmatovun yaradıcılığında qarşılıqlı əlaqələrin tarixindən danışılmaqla yanaşı, onların əsərləri arasında paralellər də aparılıb. Müəllif bildirir ki, hər iki yazıçı onları əhatə edən ictimai-siyasi və tarixi hadisələr fonunda oxşar ideyaları, ümumbəşəri dəyərləri tərənnüm edib, öz xalqlarının həyatına biganə qalmayıb. Bu ədiblər ədəbiyyatın müxtəlif istiqamətlərində yazıb-yaratdıqları üçün müqayisələr forma və üslub oxşarlığına yox, ideya və ölməzlik bənzərliyinə əsaslanır.
Elmi dünyagörüşünə malik bu qələm ustalarının yaradıcılığını fərqləndirən cəhət o idi ki, biri öz fikirlərini poeziyanın dili, digəri nəsr vasitəsilə ifadə edib, biri Azərbaycan, o biri isə qırğız dilində yazıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:27]
“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu
- 05.10.2026 [17:16]
Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq
- 05.10.2026 [16:23]
BMU “ADEX 2026” sərgisində milli tədqiqatlara töhfəsinə görə təltif olunub
- 05.10.2026 [15:43]