Pakistanda Beynəlxalq Parlamentarilər Konqresinin Daimi Qərargahının təməli qoyulacaq
Bakı, 31 iyul, AZƏRTAC
İyulun 31-də Pakistanın İslamabad şəhərində Beynəlxalq Parlamentarilər Konqresinin Daimi Qərargahının təməlqoyma mərasimi keçiriləcək.
Azərbaycan parlamentinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkəmizi Milli Məclisin deputatı Arzu Nağıyev təmsil edəcək.
Təməlqoyma mərasiminə Pakistanın Baş naziri, parlamentarilər və bir sıra ölkələrin parlament nümayəndələri iştirak edəcəklər.