PARALİMPİYAÇILARIMIZ GÜLLƏ ATICILIĞI ÜZRƏ BEYNƏLXALQ TURNİRİ UĞURLA BAŞA VURMUŞLAR
Bakı, 18 may (AZƏRTAC). Güllə atıçılığı üzrə Almaniyada keçirilən Beynəlxalq turnirin axırıncı günü Azərbaycan paralimpiyaçısı Əkbər Muradov daha bir medal qazanmışdır.
Milli Paralimpiya Komitəsindən bildirmişlər ki, əvvəlki günlərdə qazanılmış I və III yerlərlə bərabər Əkbər Muradov 25 metr məsafəyə kiçik çaplı tapançadan atəş açmaq növündə II yeri tutaraq kisəsini hər üç meyarlı medal ilə doldurmuşdur.
Paralimpiyaçı atıcılarımız üçün 2009-cu ilin ilk beynalxalq turniri çox məhsuldar olmuşdur. Belə ki, ilk turnirdə Yelena Taranova 10 metr məsafəyə güllə atıcılığında III yeri, Əkbər Muradov isə 50 metr məsafəyə atıcılıqda I, 25 metrdə II, 10 metr məsafədə III yeri tutmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]