“Paris Sen-Jermen” - “Borussiya Dortmund” matçı azarkeşsiz keçiriləcək
Bakı, 10 mart, AZƏRTAC
UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində martın 11-də “Paris Sen-Jermen” və “Borussiya Dortmund” komandaları arasında oynanılacaq cavab görüşü koronavirusla əlaqədar azarkeşsiz keçiriləcək.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, koronavirusla əlaqədar Fransada 1000 nəfərdən artıq şəxsin toplaşması qadağan edilib. Bu qadağa futbol matçlarına da şamil olunub. Bütün hallarda yekun qərarı Paris prefekturası qəbul edəcək.
Görüş “Park de Prins” stadionunda keçiriləcək. İlk oyunda “Borussiya Dortmund” 2:1 hesabı ilə qələbə qazanıb.
Hazırda Fransada yeni koronavirusa yoluxanların sayı mini ötüb. Onlardan 19-u dünyasını dəyişib. İyirmi bir nəfər ağır vəziyyətdə olsa da, onlardan 12-sinin müalicəsi başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]