PARLAMENTLƏRARASI ƏLAQƏLƏRİN MÖHKƏMLƏNDİRİLMƏSİ MƏSƏLƏLƏRİNDƏN DANIŞILMIŞDIR
Paris, 9 dekabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da Parisdə Fransa Senatının sədri Jerar Larşe ilə görüşmüşdür.
Senatın binası qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini Fransa Senatının sədri Jerar Larşe qarşıladı.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Senatının sədri Jerar Larşenin görüşü oldu.
Görüşdə parlamentlərarası əlaqələrin genişlənməsinin Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin möhkəmlənməsi işinə töhfə verdiyi vurğulandı. Azərbaycan Prezidentinin Fransaya rəsmi səfərinin əlaqələrimizin daha da genişlənməsi baxımından böyük önəm daşıdığı bildirildi. Parlamentlərarası əlaqələrin möhkəmlənməsində dostluq qruplarının rolu qeyd edildi.
Ölkələrimizin qanunverici orqanlarının əməkdaşlığının əhəmiyyətindən danışılan görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar və regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Sonda dövlətimizin başçısı Senatın xatirə kitabına ürək sözlərini yazdı.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |




