Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paşinyan faşizm siyasətinin qurbanı kimi meydanda tək qaldığının fərqindədir

Paşinyan faşizm siyasətinin qurbanı kimi meydanda tək qaldığının fərqindədir

Bakı, 8 sentyabr, Səadət Hakıyeva, AZƏRTAC

Bu gün şanlı Azərbaycan Ordusunun Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızı azad etməsi uğrunda mübarizədə mühüm irəliləyişlərə nail olması artıq Ermənistan cəmiyyətində ciddi narahatlıq yaradıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan Prezident İlham Əliyev dünya birliyinin öhdəsindən gəlmədiyi işi məhz qüdrətli ordumuza həvalə etdi. Güclü ordumuz, qəhrəman əsgərlərimiz bu işin öhdəsindən uğurla gəlir. Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşərək torpaqlarımızı geri qaytarmaq üçün ordumuzun və dövlətimizin ətrafında sıx birləşib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov deyib.

V.Əhmədov Ermənistan rəhbərliyinin öz hakimiyyətini qoruyub saxlamaq üçün erməni xalqını qurban verdiyini bildirib: “Bu gün Ermənistan vətəndaşları ağır sosial-iqtisadi vəziyyət ucbatından ölkəni tərk edirlər. Bu ölkə Azərbaycanın müzəffər ordusu qarşısında nə qədər tab gətirə biləcək, zənnimcə, bu suala Paşinyan cavab tapmalıdır. Ermənistanın baş naziri özü-özünü çıxılmaz vəziyyətə salıb və bu dalandan çıxa bilmir. Bu, artıq Paşinyan hakimiyyətinin süqutunu yaxınlaşdırır. Hakimiyyətdə qalacağı halda belə o, bu əməliyyatlardan sonra erməni xalqı qarşısında cavab verməli olacaq ki, nəyə görə öz xalqını böyük itkilərə məruz qoydu. Digər tərəfdən, Ermənistan növbəti ciddi humanitar fəlakətin astanasındadır. Dağlıq Qarabağ və ətraf rayonlardan qaçan ermənilər Ermənistanda heç də xoş qarşılanmır, onların sosial təminatı məsələsi ortaya çıxır, görəsən Paşinyan yeni gələn qaçqınları hansı vəsaitlə saxlayacaq, Sorosdan aldığı pullarlamı? Bütün bu suallar ritorik olsa da, Ermənistan cəmiyyəti üçün taleyüklü suallardır”.

QHT sədri diqqətə çatdırıb ki, Paşinyan bu gün əbəs yerə dünya erməniliyini köməyə çağırmır, çünki tutduğu yanlış yolun ucbatından apardığı faşizm siyasətinin qurbanı kimi meydanda tək qaldığının fərqindədir. Heç bir dövlət Ermənistana açıq dəstək vermək istəmir. Feyk xəbərlər yaymaqla məşğul olan bir ölkənin baş nazirinin aqibəti başqa cür ola da bilməzdi. Müharibə də gərək müharibə qanunlarına uyğun aparılsın. Mülki əhalini və obyektləri hədəfə almaqla onlara qarşı raket hücumlarından istifadə olunması Ermənistanın bir daha dünya hüquq sisteminə, beynəlxalq konvensiyalara və sivil dünyaya zidd olduğunu göstərdi. Bunlarla bağlı artıq bütün faktlar toplanaraq beynəlxalq məhkəmələrə göndərilib və bütün bu cinayətlərə görə Paşinyan beynəlxalq məhkəmələrdə mühakimə olunacaq.

“Ermənistanın bugünkü addımlarına baxanda görürük ki, diplomatiyadan, ümumiyyətlə, söhbət gedə bilməz. Bu ölkə bölgədə yalnız dövlət terroru ilə məşğuldur və təxribat törədir. Bu təxribatlardan məqsədli şəkildə istifadə edərək Yaxın Şərqdən terrorçular gətirib istifadə edir. Özü isə həyasızcasına Azərbaycana və Türkiyəyə qarşı belə ittiham irəli sürür. Azərbaycan və Türkiyə illərdir ki, PKK və erməni terrorundan əziyyət çəkən ölkələrdir və bu haqda bütün dünya hər zaman məlumatlı olub. Terrorçuların Azərbaycan tərəfindən keçməsi iddiaları isə heç bir faktlarda öz əksini tapmadı. Əksinə, biz Suriya və Liviya mənşəli terrorçuların erməni bayrağı altında döyüşdüyünə dair yeni kadrların şahidi olduq. Ermənistan isə cəbhədə ciddi itkilərini kompensasiya etmək üçün xaincəsinə mülki əhalini hədəf almaqda davam edir. Ermənistanın məqsədi münaqişənin miqyasını daha da genişləndirməkdir. Münaqişənin böyüməsi isə nəinki regiona, dünya dövlətlərinə də sərf etməyən bir məsələdir, çünki münaqişənin yeni müstəviyə keçməsi bölgədə Qərb ölkələrinin maraqlarına xidmət edən enerji layihələrini təhlükə altına qoya bilər. Bu, qlobal təhlükəsizlik sisteminin bir tərkib hissəsidir”, -deyə V.Əhmədov qeyd edib.

Bu, bir faktdır ki, ABŞ İngiltərə başda olmaqla, NATO ölkələri öz ərazilərindən min kilometrlərlə uzaq məsafədə yerləşən ərazilərə müdaxilə edərək ölkələrinə qarşı təhdid yaradan terrorçuları məhv ediblər. Azərbaycan da erməni terroruna qarşı mübarizə aparır. Dünyanın aparıcı dövlətləri erməni lobbisinin əlində oyuncağa çevrilməməli, Azərbaycanın terrorla mübarizə apardığı bir dövrdə ölkəmizə dəstək olmalıdırlar. Çünki bu əməliyyatlar həm də regional təhlükəsizliyin təmin edilməsinə xidmət edir.

V.Əhmədov deyib: “Bu gün təəssüf hissi ilə qeyd etməliyik ki, nəinki Avropanın, bütün dünyanın təhlükəsizlik sistemi ciddi şəkildə sarsılıb və artıq dünya xalqları BMT, ATƏT və təhlükəsizlik mandatını öz üzərinə götürmüş digər beynəlxalq təşkilatlara, onların qətnamələrinə inamını itirib. Bu gün Azərbaycan dövləti məhz sözügedən təşkilatların həyata keçirə bilmədiyi işləri xalqın iradəsi ilə reallaşdırır. Əvəzində isə ATƏT-in həmsədr ölkəsi olan Fransanın dövlət başçısı səviyyəsində ermənipərəst bir mövqe nümayiş olunur, beynəlxalq təşkilatların Ermənistanın təcavüzkarlığına son qoyulması üçün çoxsaylı qətnamələrinə baxmayaraq, işğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmur, əksinə, Ermənistanın destruktiv əməllərinə haqq qazandırılır. Belə olan halda dünyada hansı ədalətdən danışmaq olar?”.

“Dünya dövlətləri, beynəlxalq təşkilatlar Prezident İlham Əliyevin göstərdiyi qətiyyətdən nümunə götürərək bir araya gəlməli və dünyada terrorçuluğu yayan Ermənistanın işğalçılıq siyasətinin aradan qaldırılmasına dəstək olmalıdırlar. Bacarmırlarsa, heç olmasa, Azərbaycan xalqının bu mübarizəsində obyektiv olsunlar, ikili standartlardan çıxış etməsinlər. Çünki Azərbaycan dövləti və xalqı üçün ölkəmizin ərazi bütövlüyündən daha vacib ikinci məsələ ola bilməz”, - deyə QHT rəhbəri bildirib. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib