Pavlodarın fəxri vətəndaşı Cəfər Mahmudovun 75 illiyi qeyd olunmuşdur
Pavlodar, 30 avqust (AZƏRTAC). Pavlodardakı “Vətən” Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) sədri, şəhərin fəxri vətəndaşı Cəfər Mahmudovun 75 illiyi vilayətdə geniş qeyd olunmuşdur.
Mərasimdə vilayət akimiyyətinin nümayəndələri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.
Pavlodar vilayəti akiminin müavini Nurjan Aşimbetov Cəfər Mahmudovun fəaliyyəti haqqında ətraflı məlumat vermiş, onun vilayətdə və ölkədə böyük hörmət və nüfuz sahibi olduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, C.Mahmudov 1973-2004-cü illərdə Pavlodar Şəhər Tramvay İdarəsinə rəhbərlik etmiş, vilayət Məclisinin deputatı və “Pavlodar bizim ümumi evimizdir” ictimai təşkilatının rəhbəri olmuşdur. Hazırda “TACK-Holdinq” müəssisəsinin icraçı direktorudur. C.Mahmudov Qazaxıstanın “Əmək şöhrəti” ordeni və bir sıra medallar ilə təltif olunmuşdur.
Qeyd edilmişdir ki, C.Mahmudov 20 ilə yaxındır ki, vilayətdəki Azərbaycan Mədəniyyət Mərkəzinə rəhbərlik edir. Pavlodarda yaşayan azərbaycanlıların ağsaqqalıdır. Onun təşəbbüsü ilə AMM-nin nəzdində mahnı və rəqs ansamblları, bazar günü məktəbi, müxtəlif dərnəklər yaradılmışdır.
Sonra C.Mahmudova vilayət akimiyyətinin fəxri fərmanı təqdim edilmişdir.
Mərasim konsert proqramı ilə davam etmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Pavlodar
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]