Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pekin Bakının tərəfindədir: İqor Korotçenko Lü Tzyançaonun bəyanatının geosiyasi çəkisi haqqında

Pekin Bakının tərəfindədir: İqor Korotçenko Lü Tzyançaonun bəyanatının geosiyasi çəkisi haqqında

Moskva, 9 aprel, AZƏRTAC

Bakıda “Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançao mühüm bəyanatla çıxış edib. O, Zəngəzur dəhlizinin tezliklə açılmasının zəruriliyini vurğulayıb və qeyd edib ki, bu layihənin həyata keçirilməsi Avropa ilə Asiya arasında nəqliyyat və logistika əlaqələrini gücləndirəcək, regional sabitliyin möhkəmlənməsinə töhfə verəcək.

AZƏRTAC-ın sorğusu əsasında Rusiyanın Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko bu bəyanatı şərh edib. O, müsahibəsində Pekinin dəstəyini Azərbaycan üçün mühüm geosiyasi qələbə adlandırıb, Moskva və Pekinin mövqelərinin üst-üstə düşdüyünü diqqətə çatdırıb, həmçinin Zəngəzur dəhlizinin “Bir kəmər, bir yol” qlobal layihəsinin bir hissəsinə çevrildiyini qeyd edib.

- Lü Tzyançaonun Zəngəzur dəhlizi ilə bağlı bəyanatını necə qiymətləndirirsiniz? Bu bəyanat Çinin mövqeyi kontekstində nə dərəcədə əhəmiyyətlidir?

- Çinin bu səviyyədə siyasətçilərinin şəxsi deyil, dövlətin mövqeyini ifadə etdiyini anlamaq vacibdir. İndiki halda tam əsasla deyə bilərik ki, bu, Çin Xalq Respublikasının bəyanatıdır və birinci şəxs, ÇXR Sədri Si Cinpinin mövqeyidir. Bu kontekstdə deyərdim ki, bu, fundamental, əsas və uzunmüddətli nəticələrə malik olan siyasi mövqedir və mənası ondan ibarətdir ki, Çin dövlət olaraq ekstraterritorial statuslu Zəngəzur nəqliyyat dəhlizinin realizə edilməsini Pekinin maraqlarına cavab verən və onun əsas geosiyasi layihəsi olan “Bir kəmər, bir yol” ilə uzlaşan ən mühüm logistika layihəsi kimi həyata keçirməyi zəruri hesab edir. Yəni, Zəngəzur nəqliyyat dəhlizi, əslində, Çinin qlobal miqyaslı layihəsinin bir hissəsidir.

Buna görə də problem artıq regional səviyyədən qlobal beynəlxalq səviyyəyə keçməkdədir. Dövrümüzün aparıcı ölkəsi, dünyanın ən güclü iqtisadiyyatına və praktiki olaraq ABŞ-la bərabər hərbi imkanlara malik dövləti öz prinsipial mövqeyini ifadə edib, üstəlik, bu, Bakıda keçirilən siyasi məsləhətləşmələr zamanı edilib. Çinin bu mövqeyi Azərbaycan Prezidenti İlham Əliyevin Pekinə səfəri ərəfəsində səsləndirilib.

Beləliklə, faktiki olaraq, Çin öz geosiyasi prioritetlərini aydın şəkildə ortaya qoyub və Pekinin mövqeyinə, dünyada və regiondakı vəziyyətinin anlaşılmasına uyğun gələn Zəngəzur nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsinin müstəsna mühüm statusunu vurğulayıb. Ən əsası, Zəngəzur nəqliyyat dəhlizi “Bir kəmər, bir yol” layihəsinin, həm də Çin üçün müstəsna əhəmiyyətli siyasi və iqtisadi əhəmiyyət kəsb edən digər layihələrin tərkib hissəsi olacaq.

- Çinin, Zəngəzur dəhlizinin “Bir kəmər, bir yol” təşəbbüsü üçün strateji əhəmiyyətini de-fakto etiraf etdiyini demək olarmı?

- İndi biz ABŞ-ın faktiki olaraq bütün dünya ilə tarif müharibəsinə başladığını görürük. Bu, qlobal miqyasda bir çox logistika nəqliyyat marşrutlarının və malların tədarük zəncirinin məhv edilməsi deməkdir. Buna görə də bu, həm Çinin “Bir kəmər, bir yol” layihəsinin, həm də müvafiq olaraq Zəngəzur nəqliyyat dəhlizinin statusunun kəskin yüksəlməsidir.

Vurğulamaq vacibdir ki, əslində, burada Moskva və Pekin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatının 9-cu bəndinin mümkün qədər tez yerinə yetirilməsinin zəruriliyinə dair eyni mövqedən çıxış edirlər. Bununla bağlı biz tam dəqiq deyirik ki, bu gün ilk dəfə Zəngəzur dəhlizi məsələsi bu cür qlobal səviyyədə gündəmə gətirilib. Şübhəsiz ki, bu, bütün bu problem ətrafında müzakirələrdə çox ciddi dəyişiklikdir. Artıq heç kim Çinin səsinə, dünyanın ən qüdrətli dövləti olan Pekinin mövqeyinə məhəl qoymaya bilməz. Çünki Çinin mövqeyinin nəinki eşidilməsi, həm də həyata keçirmək üçün qəbul edilməsini təmin etmək üçün çoxlu təsir rıçaqları var. Bir daha təkrar edirəm ki, əlbəttə, bu hadisə xüsusən də hazırkı qlobal iqtisadi və hərbi təlatümlər şəraitində geoiqtisadi və geosiyasi baxımdan epoxal xarakter daşıyır.

- Mövzunun Ermənistan üçün həssas olmasına baxmayaraq, Çinin dəhlizin ekstraterritorial statusunu dəstəkləməsi faktını necə qiymətləndirirsiniz?

- İndiki halda Çinin qlobal maraqları bu və ya digər qərarların düzgünlüyünün və ədalətliliyinin dərk edilməsindən irəli gəlir. Belə olan halda deyə bilərik ki, bu, indiyə qədər öz öhdəliklərini yerinə yetirməkdən imtina edən Ermənistanın mövqeyinə aiddir. Xatırladım ki, Paşinyan üçtərəfli Bəyanatı imzalayıb. Bu, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur olması baxımından hələ də hüquqi nəticələrə malik rəsmi qüvvədə olan bir sənəddir. İrəvandakı istək və ya siyasi vəziyyətdən asılı olmayaraq vurğulayıram: İrəvan Ermənistanın qanuni lideri kimi baş nazir Paşinyanın imzaladığı öhdəlikləri yerinə yetirməyə borcludur. Bundan yayınmalar, ləngitmələr, demaqogiya, siyasi cəfəngiyyat Ermənistanın buna borclu olduğu faktını ört-basdır edə bilməz. Əgər bunu istəmirsə, onu rəsmi hüquqi sənəd statusuna malik olanı yerinə yetirməyə məcbur edəcəklər.

İndi Azərbaycan, Rusiya, Türkiyə və digər ölkələrin səyləri ilə yanaşı, Pekinin də mövqeyi mövcuddur. İrəvan bu mövqeyə məhəl qoymaya bilməz, əks halda, siyasi və iqtisadi nəticələrlə üzləşəcək. Çünki hüquqi çərçivədən kənarda qalan və hüquqi qüvvəyə malik sənədlərə əməl etmək niyyətində olmayan ölkələr fərqli nəticələrlə üzləşə bilər.

Nə Paşinyan, nə də Ermənistan Xarici İşlər Nazirliyindən hələlik birbaşa reaksiya eşitməmişik, lakin mesaj göndərilib. Bu, Çinin aydın, əsaslı, qəti mövqeyidir. Baxıb görək ermənilərin mövqeyində hansı dəyişikliklər baş verəcək. Təbii ki, İrəvan dağıdıcı fəaliyyətində həm Avropa İttifaqı, həm də Fransaya arxalanır. Amma indi Pekinin mövqeyi səsləndirilib. Bu, nəhəng dövlətin və dünyada ən güclü iqtisadiyyatın mövqeyidir.

Biz İrəvanın mövqelərinə düzəliş və dəyişikliklər etməsini gözləyəcəyik. Əks halda, Ermənistan siyasi və iqtisadi proseslərdən kənarında qalacaq, dünya miqyasında dalana çevriləcək və bu, həm onun iqtisadiyyatı, həm də siyasəti üçün tamamilə fəlakətli perspektivlər yaradacaq.

- Azərbaycanın bu qədər həssas bir məsələdə Çinin dəstəyini qazanaraq mühüm diplomatik qələbə qazandığını demək olarmı?

- Belə bəyanatlar səbəbsiz yerə verilmir. Bunun arxasında, təbii ki, çox böyük diplomatik və siyasi iş dayanır. İlk növbədə, mən Prezident İlham Əliyevin rolunu xüsusi qeyd edərdim. Çünki məhz o, Konstitusiyaya və öz statusuna əsaslanaraq bütün mühüm qərarları qəbul edən əsas şəxs, əsas fiqurdur. Ona görə də İlham Əliyevin lider diplomatiyası, onun komandasının müxtəlif istiqamətlərdə, o cümlədən humanitar əməkdaşlıqda, siyasi əlaqələrdə, iqtisadi münasibətlərdə apardığı iş bu nəticəni verdi. Yəni, bu bəyanatın verilməsi, əslində, İlham Əliyevin Çinə səfərinin bir növ müqəddiməsidir. Həmin səfər çərçivəsində Bakı ilə Pekin arasında strateji xarakterli sənədlər imzalanacaq.

Niyə məhz bu gün Çin tərəfindən belə xüsusi diqqət var? Bilirik ki, Çin xarici siyasətdə, xüsusilə də bu qədər yüksək səviyyədə verilən açıq bəyanatlarda hər qərarını millimetr dəqiqliyi ilə hesablayır.

Pekinin mövqeyi formalaşıb və bu, Azərbaycanın və onun Prezidentinin, Xarici İşlər Nazirliyinin çox böyük işinin nəticəsidir. Deyə bilərik ki, əlbəttə, bu, Azərbaycanın parlaq diplomatik uğurudur. Çünki Pekin Bakı ilə tərəfdaşlığın strateji dəyərini anlayır. Azərbaycanın statusu hər il daha da artır. Bu da Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsidir. 2020-ci ildə ərazi bütövlüyünün bərpası, 2023-cü ildə separatçı rejimin məhv edilməsi, Azərbaycanın statusunun, nüfuzunun və təsir imkanlarının artması, qlobal enerji layihələrinin və qlobal təşəbbüslərin həyata keçirilməsi kimi mühüm hallar Azərbaycanın statusunu xeyli yüksəldib. Azərbaycan orta güclü dövlət olsa da, müasir dünyada qlobal trendləri müəyyən edən ölkələr sırasında yer alır. Belə dövlətlər isə çox azdır. Bu kluba daxil olanları barmaqla saymaq olar. Azərbaycan onların sırasında yer alır.

Pekində bunu çox gözəl anlayırlar. Digər tərəfdən, Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın nəqliyyat-logistika nöqteyi-nəzərdən geoiqtisadi və geosiyasi statusu sürətlə yüksəlir. Dünyadakı qeyri-sabitlik şəraitində Çin üçün əsas olan budur ki, Azərbaycan sabit, effektiv və gələcəyə yönəlmiş bir dövlətdir. Çin bunu görməzdən gələ bilməz. Pekin dünyada baş verən prosesləri çox diqqətlə izləyir. Digər tərəfdən, Çin Ermənistanı Qərbin təsiri altında olan və regionun sabitliyi və təhlükəsizliyi üçün təhlükə yaradan bir ölkə kimi görür. Əgər Ermənistan Qərb ittifaqlarına daha çox cəlb olunarsa və Qərbin təhlükəsizlik “çətirləri”ndən istifadə edərsə, bu təhlükə daha da arta bilər.

Bu səbəbdən Çin də çox aydın şəkildə bildirib ki, iqtisadiyyat birinci dərəcəlidir və Ermənistan öz öhdəliklərini yerinə yetirməlidir. Üçtərəfli Bəyanatın 9-cu bəndində qeyd olunmuş status əsasında Zəngəzur dəhlizi açılmalıdır. Ümumiyyətlə, bu gün qlobal geosiyasi vəziyyət çox açıq şəkildə göstərir ki, Azərbaycan növbəti dəfə parlaq, misilsiz diplomatik qələbə qazanıb. Bu, ona görə vacibdir ki, müasir dünyada müstəqil daxili və xarici siyasət aparmaq istəyən istənilən ölkə öz münasibətlərini balanslaşdırmalıdır. Bilirik ki, Azərbaycan çoxşaxəli diplomatiyanı inkişaf etdirir. Biz həm də Azərbaycanın əleyhinə işləyən güclü qüvvələrin olduğunu da yaxşı bilirik. Bunlar Avropa İttifaqının Brüsseldəki müəyyən elitaları, Fransa və Niderland kimi bəzi Avropa dövlətləridir. Həmçinin dünya erməni lobbisinin çox güclü, gizli fəaliyyətini görürük. Onlar müxtəlif qanunverici orqanlar vasitəsilə Azərbaycan əleyhinə qətnamələri qəbul etdirməyə, ona qarşı tədbirlər həyata keçirməyə çalışırlar.

Belə bir şəraitdə Azərbaycan tarazlaşdırılmış siyasət apararaq, öz dostları və strateji tərəfdaşları sırasına artıq Çini də daxil edib. Bu isə Bakının beynəlxalq əlaqələrdə və danışıqlarda mövqeyini çox gücləndirəcək.

- Layihə həyata keçiriləcəyi təqdirdə təkcə Azərbaycan deyil, bütövlükdə Cənubi Qafqaz regionu nə kimi üstünlüklər əldə edəcək?

- Bu gün iqtisadiyyat hər şeydən öndə gəlir. Siyasətdən, hətta hərbi potensialdan da qabaqdadır. İqtisadi nəqliyyat dəhlizi multimodal xarakter daşıyacaq. Bu, təkcə dəmir yolu və avtomobil yolu deyil, həm də enerji dəhlizi olacaq. Müvafiq olaraq, bu, Cənubi Qafqazın nəqliyyat əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirəcək və güclü iqtisadi inkişaf impulsu verəcək qlobal bir layihə olacaq.

Siyasi vəziyyət, erməni lobbisinin destruktiv təsiri və İranın tam aydın olmayan mövqeyi fonunda biz görürük ki, Ermənistan elitaları bu layihənin reallaşmasına mane olmağa çalışır. Amma Ermənistanın Qərbin “beşinci kolon”una çevrildiyi və İrana qarşı planların da bu ərazidən həyata keçiriləcəyi şəraitdə, məncə, Tehranın yaxın vaxtlarda bu məsələyə əvvəlki yanaşmasını yenidən nəzərdən keçirməsi və İrəvana təsir göstərərək Zəngəzur nəqliyyat dəhlizinin mümkün qədər qısa zamanda işə salınmasına kömək etməsi vacibdir.

Demək istəyirəm ki, Azərbaycan tərəfindən bütün lazımi logistika, nəqliyyat və tikinti işləri yerinə yetirilib. Problem yalnız Ermənistan ərazisindən keçəcək hissədədir. Ermənistanın təklif etdiyi “dünyanın kəsişmə nöqtəsi” konsepsiyası digər layihələrə alternativ kimi tamamilə dalana dirənən yoldur.

Ermənistan həm coğrafi, həm də geosiyasi baxımdan dalana dirənmiş ölkədir. Orada heç bir kəsişmə nöqtəsindən söhbət gedə bilməz. Yalnız Zəngəzur nəqliyyat dəhlizi eksteryal statusda fəaliyyətə başlayaraq Ermənistana postmünaqişə reallığına uyğunlaşmaq və region ölkələri ilə konstruktiv, mehriban qonşuluq əməkdaşlığı yoluna çıxmaq şansı verə bilər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb

“Barselona” Levandovskini klubun əfsanələri siyahısına daxil edib

Sabah bəzi yerlərdə yağış yağacaq

Qəbələdə 10 ildə 1,5 milyondan çox müraciət “ASAN”laşdırılıb

Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq

Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirə qatılacaqlar

Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb VİDEO

Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb VİDEO

Azərbaycan və İndoneziya birgə iqtisadi forum keçirə bilər

Dövlət qurumlarının informasiya resurslarında aşkarlanan təhlükəsizlik boşluqları 50 faizədək azalıb

Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub

Yeddi ayda istehlakçılara büdcədən 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Səkkiz avqust razılaşmalarının ildönümündə liderlərin müzakirəsi: Azərbaycan-ABŞ əməkdaşlığında yeni faza - TƏHLİL

Azərbaycan Rəssamlıq Akademiyası tələbələrin beynəlxalq sənət platformalarına çıxışını genişləndirir

Benksinin üç əsəri Britaniya vergi ödəyicilərinə təxminən 150 min funta başa gəlib

BMT Konvensiyasının 20 illiyinə həsr olunmuş maarifləndirici broşür hazırlanıb

Su Ehtiyatları Agentliyinin süni intellektəsaslı rəqəmsal siması Aysu təqdim olunub

Bu saata olan əsas xəbərlər

Nijnekamsk şəhərində ölənlərin sayı 12 nəfərə çatıb – YENİLƏNİB

Ergün Kırlıkovalı: Taleb Vardanyan məsələsində “kor nöqtələr”in qurbanına çevrilib MÜSAHİBƏ

Faktiki hava: Bəzi rayonlara leysan yağır

İlin əvvəlindən dövlət qurumlarına qarşı 518 kiberhücum indikatoru müəyyən edilib

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 15 faizədək artıb

Mbappe “Real Madrid”ə gələn həftə qoşulacaq

Yeddi ayda Azərbaycanda dövlət qurumlarına 28 yeni domen verilib

® “AccessBank” kiçik bizneslərin maliyyələşdirilməsinin genişləndirilməsi məqsədilə FMO-dan 75 milyon dollar məbləğində kredit xətti cəlb edib

Çində təhsil alacaq BDU məzunu: Bu təqaüd mənim üçün sadəcə təhsil imkanı deyil

Dünya ictimaiyyəti avqustun 10-da üç beynəlxalq günü qeyd edir

Qivami Rəhimli: Azərbaycanın mədəni irsini dünyaya tanıdan uğurlu əməkdaşlıq

Lisenziyasız kosmetoloji fəaliyyət göstərən şəxs barəsində qanuni tədbirlər görülüb

Altı ayda 1,2 milyondan çox vətəndaş “mygov” vasitəsilə yaxın qohumlarını axtarıb

“İsmayıllı-2” kiçik su elektrik stansiyasında indiyədək istehsal olunan enerjinin həcmi açıqlanıb

Pakistanlı ekspert: Vaşinqton prosesi Azərbaycan üçün yeni strateji imkanlar açır

Mərakeş millisinin futbolçusu “Fənərbağça”ya qayıdıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

BSU müəllimlik ixtisasını seçən oğlan abituriyentlərə təqaüd verəcək

Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası

Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə İran Prezidentinə təşəkkür edib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

ƏMAS-da gecə vaxtı yerinə yetirilən işlərlə bağlı yeni xəbərdarlıq funksionallığı yaradılıb

Qərbi Avropada iyun və iyul ayları rekord istilərlə yadda qalıb

® “Avant Bakıxanov”da yeni premium layihəyə start verildi: “Green by Avant”da 10 faiz ilkin ödənişlə ipoteka imkanı  FOTO  VİDEO

® “Avant Bakıxanov”da yeni premium layihəyə start verildi: “Green by Avant”da 10 faiz ilkin ödənişlə ipoteka imkanı FOTO VİDEO

Bakıda mikromobillik vasitələri 6,9 milyon dəfədən çox sifariş olunub

Azərbaycanın 2 boksçusu Qazaxıstanda qızıl medal qazanıb

Maldiv adalarında gənclərin ekoloji hərəkatı geniş vüsət alır

“Trabzonspor” heyətinə daha bir ulduz futbolçu qatır

Yüksək nəticə göstərən 300 tələbəyə “Gələcəyin müəllimi” təqaüdü veriləcək

BMU magistrantı Çində minillik freskaların süni intellektlə bərpasını araşdırıb

Tağlar mağarasında arxeoloji tədqiqatların üçüncü mövsümü başlanıb

® “Ziraat Bank Azərbaycan” 15 milyon manat həcmində istiqraz emissiyasını təqdim edir!

Azərbaycan komandası Qazaxıstanda gənc yol hərəkəti müfəttişlərinin toplantısında iştirak edəcək

Bakıda axşam konsertləri keçirilir VİDEO

Bakıda axşam konsertləri keçirilir VİDEO

BDYPİ: Velosiped sürərkən mobil telefondan istifadə etmək yolverilməzdir

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Azərbaycanın bir neçə bölgəsinə elektrik enerjisinin verilişi dayandırılacaq

Bakıda sıxlıq olan yollar açıqlanıb

Çin “Delfin” qasırğası ilə əlaqədar bir milyondan çox insanı təxliyə edib

Yəmən ordusu: Husilərin hücumu nəticəsində 7 nəfər ölüb

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır