Pentaqon: ABŞ Ukraynanın Rusiya ilə müharibədə uduzmasına imkan verməyəcək
Kiyev, 19 mart, AZƏRTAC
ABŞ Ukraynanın Rusiya ilə müharibədə uduzmasına imkan verməyəcək.
AZƏRTAC xəbər verir ki, bu fikri Ukraynanın müdafiəsi üzrə təmas qrupunun “Ramştayn” formatında növbəti iclası çərçivəsində keçirilən görüşdə Pentaqonun rəhbəri Lloyd Ostin səsləndirib.
“Biz bilirik ki, Ukrayna ordusunun döyüşdüyü şərait son dərəcə ağırdır. Təəssüf ki, mülki əhali Rusiya pilotsuz təyyarələrinin hücumlarından əziyyət çəkir. Ona görə də bu gün mesajımız kifayət qədər aydındır. ABŞ Ukraynanın müharibədə məğlub olmasına imkan verməyəcək. Bizim koalisiya, bütün azad dünya buna imkan verməyəcək”, - deyə Lloyd Ostin əlavə edib.
Xatırladaq ki, “Ramştayın” dünyanın onlarla ölkəsinin müdafiə nazirləri arasında keçirilən diplomatik görüşlər silsiləsidir. Görüşlərin məqsədi Rusiyanın təcavüzü fonunda Ukraynaya hərbi yardım göstərilməsini sinxronlaşdırmaq və sürətləndirməkdir. Xüsusilə, müharibə başa çatdıqdan sonra Ukraynaya dəstək məsələləri də müzakirə olunur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]