Pentaqon Ukraynanın F-16 qırıcısını itirməsini şərh etməyib
Bakı, 29 avqust, AZƏRTAC
ABŞ Müdafiə Nazirliyi Ukraynaya verilən ilk F-16 qırıcısının itirilməsi ilə bağlı məlumatı şərh etməkdən boyun qaçırıb.
AZƏRTAC xəbər verir ki, Pentaqonun nümayəndəsi jurnalistə bu məsələ ilə bağlı Ukrayna hakimiyyətinə müraciət etməyi məsləhət görüb. Adı açıqlanmayan amerikalı məmur isə Reuters agentliyi ilə söhbətində təyyarə qəzasının Rusiya hərbçilərinin hücumu ilə bağlı olmadığını bildirib.
“The Wall Street Journal” nəşrinin yaydığı məlumata görə, ABŞ hökumətinin rəsmisi Kiyevin ona verilən Amerika qırıcılarından birini itirdiyini təsdiqləyib. O, təyyarənin vurulmadığını və qəzanın pilot səhvi ucbatından baş verdiyini deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]