Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: Azərbaycan Cənubi Qafqazda Özbəkistanın əsas tərəfdaşıdır

Politoloq: Azərbaycan Cənubi Qafqazda Özbəkistanın əsas tərəfdaşıdır

Bakı, 26 avqust, AZƏRTAC

Bütün dünyada qəbul olunmuş bir təcrübə var ki, ölkənin xarici siyasətinin prioritetlərini dövlət başçısının ilk xarici səfəri müəyyən edir. Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərini Azərbaycana etməsini də bu aspektdən dəyərləndirməliyik. İlk öncə onu deməliyik ki, Özbəkistan xarici siyasət prioriteti böyük geosiyasi və geoiqtisadi əhəmiyyətə malik Azərbaycanla strateji tərəfdaşlıq üzərindən qurulub. Çünki böyük geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edən Azərbaycan Cənubi Qafqaz regionunda Özbəkistanın əsas tərəfdaşıdır.

Digər yandan, iki eyni milli köklərə malik Azərbaycan və Özbəkistan münasibətlərinin tarixi hələ qədim zamanlardan başlayır, xalqlarımızı oxşar və bəzən də eyni milli adət və ənənələr, ortaq dil qrupu, mədəniyyəti və dini birləşdirir.

Hər iki xalq çar imperiyasının dağılması ilə Birinci Dünya müharibəsi zamanı bolşevik və daşnak qrupları tərəfindən soyqırımına, 1930-cu illərdə milli ziyalılara qarşı kütləvi repressiyalara, 1980-ci illərdə isə inkişaf tempinə görə mərkəzi hakimiyyətin qəzəbinə tuş gəlməklə kütləvi repressiyalara məruz qalıb. 1930-cu illərdə on minlərlə azərbaycanlı Özbəkistan torpaqlarına deportasiya olunub. Təsadüfi deyil ki, bu gün 40 mindən çox azərbaycanlı Özbəkistanda siyasi-ictimai, iqtisadi-mədəni və digər sahələrdə fəal iştirak edir. Bunu da qeyd etmək yerinə düşər ki, 1966-cı ildə baş vermiş dağıdıcı zəlzələdən sonra azərbaycanlılar Daşkəndin yenidən qurulmasında fəal iştirak ediblər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri, politoloq Yeganə Hacıyeva söyləyib.

Politoloq qeyd edib ki, müstəqillik illərində Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-dən etibarən qurulub. 1996-cı ilin ortalarında Özbəkistanda Azərbaycan səfirliyi, 1998-ci ilin may ayında isə Azərbaycanda Özbəkistan səfirliyi fəaliyyətə başlayıb. Hazırda ölkələrimiz regional və qlobal xarakterli bir çox məsələlərdə oxşar mövqedən çıxış edir. Həmçinin BMT, Türk Dövlətləri Təşkilatı, MDB, ATƏT, Qoşulmama Hərəkatı və digər çoxşaxəli institutlar kimi beynəlxalq təşkilatların platformaları çərçivəsində milli maraqlara söykənmiş əməkdaşlıq əlaqələri qurulub. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində prezidentlər və nümayəndə heyətləri arasında keçirilən danışıqlarda çoxşaxəli tərəfdaşlığın inkişafı üçün əsas istiqamətlər müəyyən edilib. İqtisadi münasibətlərin inkişafı məqsədilə iki ölkə arasında ticarətin genişləndirilməsi, sənaye kooperasiyasının və logistika infrastrukturunun inkişafı məsələləri müzakirə olunub.

Avtomobil sənayesi, metallurgiya, energetika, kənd təsərrüfatı, elektrotexnika, tekstil sənayesi, turizm və digər sənaye sahələrində həyata keçiriləcək iri layihələrə ilkin start verilib.

Səfər çərçivəsində bir sıra istiqamətlərdə əməkdaşlıq və əməkdaşlığın dərinləşdirilməsi haqqında saziş, memorandum, yol xəritələri, protokollara imza atıldığını qeyd edən politoloq fikirlərinə belə davam edib: “Hər iki ölkənin milli iqtisadiyyatlarının dəstəklənməsi üçün üçüncü ölkələrdən idxalı milli istehsalçıların məhsulları ilə əvəz etmək barədə razılığa gəlindi. İlkin hesablamalara görə yaxın illərdə bu sahədə ticarət dövriyyəsini bir milyard dollara çatdırmaq imkanları mövcuddur. Nəqliyyat və tranzit sahəsində əməkdaşlığın inkişafı üçün yeni logistika zəncirlərinin inkişafı və infrastrukturun tikintisi, eləcə də yükdaşımaların həcminin artırılması üzrə layihələrin həyata keçirilməsinə dair razılıq əldə olundu. Ötən il Bakı limanı vasitəsilə Özbəkistan yüklərinin daşınmasının həcmi təxminən iki dəfə artıb və qardaş ölkə Azərbaycanın müasir nəqliyyat şəbəkəsindən istifadə etməklə yükdaşımaları daha da artırmaq niyyətindədir. Bu kontekstdə Transxəzər Koridoru çərçivəsində birgə logistik şirkətin yaradılması, Bakı və üçüncü ölkələrin limanlarında anbar infrastrukturu və logistika mərkəzlərinin tikintisi müzakirə olunub. Müzakirələrin elementlərinin təhlili onu deməyə əsas verir ki, ticarət-iqtisadi əməkdaşlığın hərəkətverici qüvvəsi kimi iki ölkənin regionlarının imkanlarından maksimum birgə istifadə nəzərdə tutulur.

Bu məqsədlə yeni əməkdaşlıq və humanitar mübadilə layihələrini təşviq etmək üçün hər iki ölkənin icraedici administrasiyalarının rəhbərlərinin müntəzəm olaraq yerlərdə görüşləri planlaşdırılır. Prezidentlər, həmçinin BMT, Türk Dövlətləri Təşkilatı, MDB, ATƏT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli institutlar kimi beynəlxalq təşkilatların platformalarında səmərəli dialoqun davam etdirilməsi barədə razılığa gəliblər”.

2027-ci ildə Qoşulmama Hərəkatına sədrliyin Özbəkistana keçəcəyini deyən Y.Hacıyeva bildirib ki, Qoşulmama Hərəkatının sədrliyi dönəmində Azərbaycan Prezidenti İlham Əliyev qardaş Özbəkistanın bu Hərəkat çərçivəsində əlaqələrinin genişləndirilməsində həlledici rol oynayıb.

“Özbəkistanın işğaldan azad edilmiş ərazilərimizin bərpa-quruculuq işlərinə də töhfə verdiyini xüsusi qeyd etmək istərdim. Belə ki, Füzuli şəhərində Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan büdcəsinin vəsaiti hesabına 960 şagird yerlik təhsil ocağının açılışının şahidi olduq. Bu məktəbin açılışı bizim dost və qardaşlığımızın daha bir parlaq nümunəsidir. Bununla yanaşı, əminliklə demək olar ki, səfər çərçivəsində bir çox mühüm məsələlərin müzakirəsi, vacib sənədlərin imzalanması ilə beynəlxalq platforma da daxil olmaqla, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlər barədə münasibətlərimiz gələcək inkişaf yoluna qədəm qoydu”, - deyə Y.Hacıyeva diqqətə çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyasının həyata keçirilməsi ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını və səviyyəsini bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub