Polşa Norveç üçün hazırlanan dezinfeksiya vasitələrinin daşınmasına qadağa qoyub
Varşava, 26 mart, AZƏRTAC
Polşa hökuməti ölkə ərazisində yerləşən və dezinfeksiya vasitələri istehsal edən Norveç şirkətinə məxsus “Norenco” zavodunda hazırlanmış külli miqdarda tibbi vasitənin daşınmasına qadağa qoyub.
AZƏRTAC xəbər verir ki, Polşa qadağanı həmin vasitələrin ölkədəki xəstəxanalara da lazım olması və əvvəlcə yerli ehtiyacı ödəməyin vacibliyi ilə izah edib.
Norveçin “Norenco” şirkəti Polşadakı zavodunda əlləri dezinfeksiya etmək üçün gel istehsal edərək qablaşdırır. Ötən həftənin sonunda istehsal qəflətən dayandırılıb. Polşa hökuməti də indiyədək hazırlanmış və zavodun anbarlarına toplanmış məhsulun ixracına icazə verməyib. Zavod rəhbərliyinə məhsulun Lyublindəki xəstəxanalara satılması barədə rəsmi məktub göndərilib. Məktubda qadağaya səbəb kimi koronavirusla əlaqədar Polşada fövqəladə vəziyyətin elan olunması barədə qərar göstərilib.
“Norenco” şirkəti isə istehsal edilmiş 40 min litr vasitəni bu həftə Norveç xəstəxanalarına göndərməli idi. Şirkət indiyədək Polşa bazarına xeyli məhsul çıxarıb. Son hazırlanmış məhsul isə Norveç üçün nəzərdə tutulubmuş.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [18:24]
Qazaxıstanda antiterror təlimləri təşkil olunacaq
- 23.06.2026 [17:43]
Qazaxıstanda Senat və Məclis sonuncu birgə iclasını keçirəcək
- 23.06.2026 [16:33]
Özbəkistanın iki keçmiş kəndi rəsmi olaraq Qırğızıstanın tərkibinə verilib
- 23.06.2026 [16:18]