Polşanın Baş naziri: Vaqnerçilər Suvalki dəhlizinə yaxınlaşıblar
Bakı,30 iyul, AZƏRTAC
Rusiyadan Belarusa gələn Vaqner hərbi qruplaşmasının 100-dən çox muzdlu döyüşçüsü Polşa ilə sərhədə tərəf irəliləməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib. Onun sözlərinə görə, vaqnerçilər Suvalki dəhlizinə - Polşa-Litva sərhədinin 100 kilometr uzunluğu olan strateji hissəsinə yaxınlaşıblar.
“Şübhəsiz, bu, Polşa ərazisinə hibrid hücum istiqamətində bir addımdır. Çox güman ki, muzdlular Belarus sərhədçiləri libasına bürünəcək və Polşada sabitliyi pozmaq üçün qeyri-qanuni mühacirlərin ölkəmizə girməsinə kömək edəcəklər”, - deyə Moravetski bildirib.
NATO ekspertləri Belarusla Kalininqrad regionunu birləşdirməyə, Estoniya, Litva və Latviyanı Aİ və Alyansın əsas qüvvələri ilə əlaqəsini kəsməyə imkan verə biləcək Suvalki dəhlizinin Rusiya tərəfindən zəbt olunması ssenarisini dəfələrlə nəzərdən keçiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO
- 29.09.2026 [12:39]