Polşanın XİN rəhbəri Almaniya Kanslerini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib
Bakı, 25 sentyabr, AZƏRTAC
Polşanın xarici işlər naziri Zbiqnev Rau Almaniya Kansleri Olaf Şolsu vizaların verilməsində mümkün pozuntularla bağlı qalmaqalla bağlı Varşavanı tənqid etdiyinə görə respublikanın daxili işlərinə qarışmaqda ittiham edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Z.Rau “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Onun sözlərinə görə, Almaniya Kansleri Olaf Şolzun son bəyanatı Polşa ilə mehriban qonşuluq və dostluq münasibətlərinin əsasını təşkil edən dövlətlərin suveren bərabərliyi prinsiplərini pozur.
“Şolzun bəyanatları Polşa dövlətinin daxili işlərinə və ölkədə keçirilən seçki kampaniyasına müdaxilə cəhdindən xəbər verir. İkitərəfli münasibətlərin yaxşı olması naminə mən Almaniya Kanslerini Polşanın suverenliyinə hörmət etməyə və münasibətlərimizə xələl gətirən bəyanatlardan çəkinməyə çağırıram”, - deyə diplomat bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:51]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]