Portuqaliya dərman ixracının dəyərini artırıb
Lissabon, 3 mart, AZƏRTAC
Portuqaliyanın əczaçılıq sektoru dərman ixracının dəyərini artırıb.
AZƏRTAC xəbər verir ki, “Bluepharma” əczaçılıq şirkətinin prezidenti Paulo Barradasın sözlərinə görə, Portuqaliya dərman istehsalını 2020-ci ildə qeydə alınmış 32 milyon avrodan 40 milyon avroya çatdırmaq və bununla da ixrac imkanlarını 85 faizdən çox artırmağı planlaşdırır.
“Bluepharma” şirkəti də daha çox klinik sınaqlar aparmaq və peyvəndlərin istehsalında irəliləmək niyyətindədir. Bu məqsədlərə nail olmaqdan ötrü şirkət növbəti on il üçün təxminən 200 milyon avro məbləğində strateji investisiya planı hazırlayıb. Planda milli əczaçılıq klasterində yüksək səviyyəli böyük texnoloji parka çevriləcək “Bluepharma” parkının tikintisi də nəzərdə tutulub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]
BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi Nyu-Yorkda başlayır
- 22.09.2026 [16:33]
Rumıniya Aİ-də benzinin ən çox bahalaşdığı ölkələr sırasındadır
- 22.09.2026 [16:32]
Rubio: Tramp İran Prezidenti ilə görüşə açıqdır
- 22.09.2026 [16:18]
Rumıniya neft tələbatının 77 faizini idxal hesabına ödəyir
- 22.09.2026 [16:05]