Premium Bank koronavirusla mübarizəyə 500 min manat ayırıb
Bakı, 23 mart, AZƏRTAC
Ölkə əhalisinin sağlamlığının qorunması və koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlərin tərkib hissəsi kimi Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam etdirilir.
Azərbaycanın aparıcı kommersiya qurumlarından biri kimi Premium Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb. Bankdan AZƏRTAC-a bildiriblər ki, fondun hesabına COVID-19 virusu ilə mübarizə məqsədilə 500 min manat məbləğində vəsait köçürülüb.
Ölkəmizdə koronavirusa yoluxma hallarının qarşısının alınması, əhalinin sağlamlığının qorunması üçün Azərbaycan dövləti ardıcıl və çoxşaxəli tədbirlər həyata keçirməkdədir. Premium Bank ölkədə yaranmış karantin rejimini nəzərə alaraq, hazırda müştərilərə bank xidmətlərindən onlayn rejimdə faydalanmağı tövsiyə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]