Premyer Liqa: “Neftçi” – “Turan Tovuz” oyununda qalib müəyyənləşməyib
Bakı, 3 avqust, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti oyun baş tutub.
AZƏRTAC xəbər verir ki, birinci turun ikinci qarşılaşmasında “Neftçi” doğma meydanda “Turan Tovuz”u qəbul edib. “Neftçi Arena”da oynanılan görüş qolsuz heç-heçə ilə başa çatıb.
Bu oyun, həmçinin də Roman Qriqorçukun “Neftçi”də, Kurban Berdıyevin isə “Turan Tovuz”da baş məşqçi kimi ilk rəsmi oyunları olub.
Günün ikinci matçında “Sumqayıt” “Kəpəz”i sınağa çəkəcək. Mehdi Hüseynzadə adına stadionda reallaşacaq qarşılaşma 20:45-də başlayacaq.
Ötən gün mövsümün açılış oyununda “Qarabağ” “Araz-Naxçıvan”ı 4:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turun digər oyunları avqustun 4-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]