Azərbaycan Dövlət İnformasiya Agentliyi

PREZİDENT İLHAM ƏLİYEV “ŞAHDAĞ” ELEKTRİK STANSİYASININ AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

PREZİDENT İLHAM ƏLİYEV “ŞAHDAĞ” ELEKTRİK STANSİYASININ AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

Quba, 18 sentyabr (AZƏRTAC). Sentyabrın 18-də Prezident İlham Əliyev Qubada “Şahdağ” Elektrik Stansiyasının açılışında iştirak etmişdir.

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verdi ki, ərazisi 14 hektar olan “Şahdağ” Elektrik Stansiyası ölkəmizin energetika sisteminə böyük töhfələrdən biridir. İnşasına 2008-ci ildə başlanan stansiyada tikinti-quraşdırma işlərini yerli “AZENKO” şirkəti həyata keçirmişdir. Stansiyanın elektrik avadanlığı İsveçrənin “ABB”, güc avadanlığı isə Finlandiyanın “Vartsila” şirkətlərinin istehsalıdır. Ən son elmi-texniki yeniliklərin tətbiq olunduğu stansiyada ildə 700 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal etmək mümkündür. “Şahdağ”da istehsal olunacaq enerjinin ötürülməsi üçün 110 kilovoltluq 2-ci Quba hava xəttinin stansiyaya giriş-çıxışının təmin edilməsi məqsədi ilə 2 kilometr uzunluğunda yeni xətt çəkilmişdir. Stansiyanın qaz təchizatı üçün 14 kilometr uzunluğunda boru kəməri çəkilmiş, qazpaylayıcı stansiya tikilmişdir.

Elektrik stansiyası Sahdağ Qış-Yay Turizm Kompleksinin, eləcə də Quba və Qusar rayonlarının elektrik enerjisi təchizatını əsaslı surətdə yaxşılaşdıracaqdır. Şahdağ Qış-Yay Turizm Kompleksinin elektrik enerjisinə tələbatı ilkin mərhələdə 50 meqavat təşkil edəcəkdir. Sonrakı mərhələdə bu göstəricinin 100 meqavata yüksələcəyi gözlənilir.

Prezident İlham Əliyev stansiyanın iş prinsipi ilə tanış oldu.

Qeyd edildi ki, ümumi gücü 105 meqavat olan bu energetika qurğusunda hər biri 8,7 meqavatlıq porşen tipli 12 aqreqat quraşdırılmışdır. Bir kilovat-saat elektrik enerjisinin istehsalı üçün şərti yanacaq vahidi ilə cəmi 0,23 kubmetr və ya 267 qram təbii qaz sərf ediləcəkdir. Faydalı iş əmsalı 46 faiz olan stansiyanın işləməsi üçün təbii qazın 6 bar təzyiqlə verilməsi kifayətdir. Bu, buxar-qaz turbinlərinə verilən qazın təzyiqindən təxminən 4 dəfə azdır.

Məlumat verildi ki, tikintinin gedişində 500 nəfər çalışmış, onların yarısını yerli əhali təşkil etmişdir. Stansiyada isə 120 nəfər daimi işlə təmin olunacaqdır.

Prezident İlham Əliyev idarəetmə məntəqəsindən stansiyanı işə saldı.

Dövlətimizin başçısına bu stansiya ilə bağlı perspektivdə görüləcək işlər barədə də məlumat verildi. Qeyd edildi ki, “Xaçmaz” Elektrik Stansiyası ilə “Şahdağ” Elektrik Stansiyası arasında 40 kilometrə qədər uzunluqda 110 kilovoltluq elektrik xəttinin və Şahdağ Qış-Yay Turizm Kompleksinin enerji təchizatı üçün 40 kilometrlik 2 elektrik xəttinin, həmçinin müvafiq yarımstansiyaların tikintisi nəzərdə tutulmuşdur.

Stansiyanın ərazisində geniş abadlıq və yaşıllaşdırma işləri aparılmış, 10 minə qədər dekorativ ağac və gül kolu əkilmiş, 40 min kvadratmetr sahəyə asfalt döşənmişdir. Uzunluğu 1 kilometrə çatan daxili drenaj kanalı çəkilmiş, stansiyanı texniki və içməli su ilə təmin etmək üçün hər biri 120 metr dərinliyində 2 artezian quyusu qazılmış, uzunluğu 2500 metr olan su xətti çəkilmişdir. Yanğın təhlükəsizliyi məqsədi ilə su çənləri inşa edilmişdir.

Prezident İlham Əliyev ümumi sahəsi 530 kvadratmetr olan ikimərtəbəli inzibati bina ilə də tanış oldu. Buradakı fotoguşələrdə Azərbaycan elektroenergetikasının sürətli inkişafında müstəsna əməyi olan ulu öndər Heydər Əliyevin xalq və Vətən qarşısında xidmətlərindən, energetiklərlə görüşlərindən və müxtəlif tədbirlərdə iştirakından bəhs edən eksponatlar vardır. Bundan başqa, Prezident İlham Əliyevin respublikamızın energetika potensialının möhkəmləndirilməsi və enerji təhlükəsizliyinin təmin olunması istiqamətində reallaşdırdığı ardıcıl və fundamental tədbirlər də buradakı fotoşəkillərdə dolğun əksini tapmışdır.

Dövlətimizin başçısı respublikamızın energetika obyektlərinin əks olunduğu xəritəyə baxdı, ətrafı seyr etdi.

Stansiyanın iş rejimi və avadanlığı ilə yaxından tanış olan Prezident İlham Əliyev energetiklərlə görüşdü, onlara uğurlar arzulayaraq dedi:

- Sizi yeni stansiyanın açılışı münasibətilə ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram. Stansiyanın istifadəyə verilməsi çox böyük hadisədir. Həm bu bölgə üçün, həm də ümumiyyətlə, Azərbaycanın elektrik enerjisi potensialının gücləndirilməsi üçün stansiyanın çox böyük əhəmiyyəti vardır. 100 meqavatdan çox gücü olan stansiya, eyni zamanda, “Xaçmaz” Elektrik Stansiyası ilə birləşəcək, Qusar rayonu, Quba rayonu, ətraf rayonların elektrik enerjisinə tələbatını tam şəkildə ödəyəcəkdir. Tikilməkdə olan müasir “Şahdağ” Qış-Yay Turizm Kompleksinin dayanıqlı elektrik enerjisinə tələbatının ödənilməsi üçün stansiyanın əvəzolunmaz əhəmiyyəti vardır.

Çox gözəl stansiyadır. Çox qısa müddət ərzində - bir il ərzində tikilib. Son illər ərzində Azərbaycanda böyük sayda modul stansiyalar tikilibdir. Bu, sayca yeddincidir. Bununla bərabər, digər stansiyalar da tikilir və beləliklə, Azərbaycanın elektrik enerjisi potensialı tamamilə yeniləşir, güclənir, bunlar əlavə güc mənbəyidir.

Bilirsiniz ki, Azərbaycan çox sürətlə inkişaf edən ölkədir. Elektrik enerjisinə tələbat ildən-ilə artır, gələcək illərdə də artacaqdır. Çünki yeni müəssisələr, zavodlar, fabriklər, səhiyyə ocaqları tikilir, inkişaf gedir və əlbəttə ki, bütün bunlar elektrik gücü tələb edir. Bizim zəngin neft-qaz yataqlarımız vardır. Qaz istehsal edirik, neft istehsal edirik, emal edirik, yəni Azərbaycanın enerji təhlükəsizliyi daxili imkanlar hesabına tam şəkildə təmin edilir. Xüsusilə indiki şəraitdə bu, çox müsbət haldır. İndi enerji təhlükəsizliyi məsələləri dünya gündəliyində ön plana çıxır. Azərbaycan özünü tam şəkildə arxayın hiss edir.

Biz Azərbaycanda qazlaşdırma prosesini davam etdiririk. Elektrik enerjisinə olan tələbat tam şəkildə ödənilir. Son illər ərzində görülən işlər və bu gün istifadəyə verilən bu stansiyanın əhəmiyyəti bu sahədə çox böyükdür.

Mən çox şadam ki, qısa müddət ərzində, haradasa 4-5 il ərzində Azərbaycanda 7 gözəl, müasir modul tipli elektrik stansiyası tikilibdir. Bununla bərabər, digər stansiyalar, su elektrik stansiyaları tikilir. Biz alternativ enerji mənbələrini tam şəkildə işə salmalıyıq və beləliklə, Azərbaycan uzunmüddətli inkişaf strategiyasını çox böyük səmərə ilə icra edəcək. Bizim iqtisadi gücümüz gündən-günə artır və bu böhranlı aylarda, böhranlı zamanda yeni stansiyanın tikintisi özlüyündə böyük nailiyyətdir.

Mən stansiyanın tikintisində iştirak etmiş bütün mütəxəssisləri, fəhlələri bir daha salamlayıram, sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycanın bütün energetiklərinə yeni uğurlar və can sağlığı arzulayıram. Stansiyanın açılışı münasibətilə sizi bir daha təbrik edirəm.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNƏCƏK

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb