Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentin “Əl-Ərəbiyyə”yə müsahibəsi Azərbaycanın gələcəyinin istiqamətlərini aydın göstərdi ŞƏRH

Prezidentin “Əl-Ərəbiyyə”yə müsahibəsi Azərbaycanın gələcəyinin istiqamətlərini aydın göstərdi  ŞƏRH

Bakı, 28 avqust, AZƏRTAC

Tarixin dönüm nöqtələri olur – xalqların taleyində yeni səhifə açan məqamlar. Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə də məhz belə anlardan biri oldu. Bu çıxış Azərbaycanın yaxın keçmişinin yekunlarını, bu günün reallıqlarını və gələcəyin istiqamətlərini aydın göstərdi. “Otuz illik münaqişəyə nöqtə qoyuldu” – Prezidentin bu sözləri təkcə Azərbaycanın deyil, bütün regionun tarixində mühüm mərhələni ifadə etdi. Avqustun 8-də Vaşinqtonda imzalanan razılaşma ilə Azərbaycan öz haqq işini başa çatdırdı, bölgəyə sülhün və əməkdaşlığın qapısını açdı. Bu sənəd artıq, sadəcə, diplomatik protokol deyil, yeni geosiyasi nizamın rəmzidir. Dövlətimizin başçısının vurğuladığı əsas şərt aydındır: Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş müddəalar aradan qaldırılmalıdır. Bu tələb yalnız hüquqi deyil, həm də mənəvi sınaqdır. Azərbaycan sülhün tərəfdarıdır, lakin bu sülh yalnız dürüst qonşuluq və qarşılıqlı etimad üzərində qurula bilər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli söyləyib.

O bildirib ki, müsahibədə diqqətçəkən məqamlardan biri də İranla münasibətlərə verilən önəm idi. Azərbaycan Prezidentinin “Biz eyni dildə danışırıq” fikri diplomatiyanın ən gözəl ifadəsidir. Burada yalnız dil deyil, ruh yaxınlığı da var. “Zəngəzur dəhlizi”nin təhlükə yox, əksinə İran üçün fürsət olduğu mesajı regionda yeni əməkdaşlıq modelinin əsasını qoyur. Zəngəzur dəhlizi, Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycan coğrafiyasını dünyanın əsas tranzit yollarına çevirən böyük layihələrdir. Azərbaycan artıq yalnız enerji istehsalçısı deyil, həm də qlobal nəqliyyat qovşağıdır. Bakıdan Naxçıvana, oradan Yaxın Şərqə, Asiyadan Avropaya uzanan yolların mərkəzində Azərbaycan dayanır.

Prezident İlham Əliyevin sektarizmə qarşı fikirləri isə təkcə region üçün deyil, bütün müsəlman dünyası üçün çağırışdır. Azərbaycan sünni və şiə icmalarının, xristianların, yəhudilərin və digər millətlərin, dini icmaların harmoniya halında yaşadığı unikal məkandır. Bu model həm daxili birliyi möhkəmləndirir, həm də beynəlxalq aləmdə ölkəmizin humanist obrazını gücləndirir.

Müsahibənin fərqli cəhətlərindən biri də odur ki, dövlətimizin başçısının tezisləri yalnız informasiya xarakterli çıxış deyildi, o, həm də Azərbaycan xalqının qəlbində qürur, inam və etimad hissi oyadan, milli ruhu yüksəldən nitq oldu. Dövlətimizin başçısının hər bir ifadəsi, hər bir vurğusu Azərbaycanın gücünü, liderin müdrikliyini və diplomatik bacarığını açıq şəkildə göstərdi.

“Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycanın regionda sabitlik, əməkdaşlıq və qarşılıqlı anlaşma təşəbbüslərinə verdiyi önəmdir. Azərbaycanın həyata keçirdiyi iqtisadi dəhlizlər, nəqliyyat və kommunikasiya layihələri yalnız milli inkişaf məqsədini daşımır, eyni zamanda, bütün regionun tərəqqisinə xidmət edir. Bu, həm də Azərbaycanın qlobal perspektivi nəzərə alan uzaqgörən və praqmatik siyasətinin bariz nümunəsidir. Dövlətimizin başçısının bu yanaşması ölkəmizin güclü, balanslı və müdrik siyasət yürütməsinin əyani sübutudur.

Müsahibədə enerji və infrastruktur siyasəti də geniş şəkildə təhlil olundu. Prezident İlham Əliyev bildirdi ki, enerji layihələri yalnız Azərbaycanın iqtisadi inkişafına deyil, həm də regional əməkdaşlığın genişlənməsinə xidmət edir. Onun strateji idarəçiliyi və diplomatik bacarığı Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. Eyni zamanda, regionda balans yaratmaq, sülhü qorumaq və qarşılıqlı anlaşmanı təşviq etmək mesajları həm Azərbaycan xalqı, həm də beynəlxalq ictimaiyyət üçün böyük əhəmiyyət kəsb edir.

Müsahibənin mühüm hissələrindən biri Türk Dövlətləri Təşkilatına (TDT) dair açıqlamalardır. Prezident İlham Əliyev qeyd etdi ki, TDT hazırda böyük potensiala malikdir və Azərbaycan daim bu qurumu gücləndirməyə sadiqdir. Təşkilat əvvəlcə məşvərətçi qrup və şura kimi fəaliyyətə başlayıb, zamanla isə strateji platformaya çevrilib. Bu, göstərir ki, Azərbaycan yalnız milli maraqları qorumaqla kifayətlənmir, həm də Türk dünyasında əməkdaşlığın və inteqrasiyanın güclənməsinə böyük töhfələr verir”, - deyə Ə.Ələkbərli vurğulayıb.

İcma sədrinin sözlərinə görə, Azərbaycan və Türkiyə arasında mövcud sıx münasibətlər 2021-ci ildə Şuşada imzalanmış Bəyannaməyə əsaslanır. Bu sənəd iki ölkəni hərbi və siyasi müttəfiqlər kimi birləşdirir və yalnız Azərbaycan və Türkiyə üçün deyil, bütün Türk dünyası üçün strateji əhəmiyyət daşıyır. Bundan əlavə, Özbəkistanla imzalanmış müttəfiqlik müqaviləsi və digər üzvlərlə mövcud strateji tərəfdaşlıq sənədləri Azərbaycanı regionda aparıcı və etibarlı tərəfdaş kimi təqdim edir.

Prezident İlham Əliyev müsahibədə vurğuladı ki, təşkilatın gücünü təmin edən əsas amil üzv ölkələrin ortaq tarixi köklərə və mədəni dəyərlərə malik olmasıdır. Bu xüsusiyyət TDT-yə yalnız regional deyil, həm də qlobal səviyyədə unikal mövqe qazandırır. Üzv ölkələrin əhalisinin artması və iqtisadi inkişafla dəstəklənməsi əlavə üstünlük yaradır, Türk dünyasının potensialını daha da gücləndirir. Azərbaycanın strateji mövqeyi, ordusunun gücü və ərazisindən keçən nəqliyyat dəhlizləri regionun logistika imkanlarını artırır, ölkəmizi həm strateji, həm də iqtisadi baxımdan önəmli bir oyunçu kimi təqdim edir.

Dövlətimizin başçısı, həmçinin qeyd etdi ki, TDT üzvləri arasında siyasi sabitlik və dost münasibətlər mövcuddur, bu isə təşkilatı daha da gücləndirir. Gələcəkdə TDT konkret layihələr, investisiyalar, enerji və daşımalar sahəsində əməkdaşlıq, mədəniyyət və humanitar layihələrlə daha da möhkəmlənəcək. Azərbaycan bu platformada həm regional, həm də qlobal arenada rol oynayan, sabitliyi təşviq edən güclü bir oyunçu kimi çıxış etməyi hədəfləyir.

Xüsusi olaraq vurğulamaq yerinə düşər: Prezident İlham Əliyevin bu müsahibəsi Azərbaycan vətəndaşları üçün qürur, inam və gələcəyə ümid mənbəyidir. Onun uzaqgörən siyasəti, diplomatlıq bacarığı və milli maraqlara sadiqliyi göstərir ki, Azərbaycan yalnız regionda deyil, beynəlxalq arenada da sabitləşdirici və müsbət rol oynayan güclü liderdir. Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanın təşəbbüsləri yalnız ölkəmizin deyil, bütün Türk dünyasının gələcəyinə inam yaradır və beynəlxalq ictimaiyyətə Azərbaycanın nüfuzunu nümayiş etdirir.

Beləliklə, Prezident İlham Əliyevin müsahibəsi bir daha sübut edir ki, Azərbaycan yalnız regional lider deyil, həm də qlobal miqyasda sabitliyi və əməkdaşlığı təşviq edən etibarlı gücdür. Bu yanaşma milli maraqların qorunmasını, qonşular və beynəlxalq tərəfdaşlarla konstruktiv münasibətlərin inkişafını təmin edir, Azərbaycan vətəndaşları üçün qürur və inam hissi yaradır, ölkəmizin beynəlxalq siyasətdəki strateji mövqeyini bir daha təsdiqləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək