PROFESSOR ELXAN BABAYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ KONFRANS
Akademiyanın prorektoru, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, konfransda çıxış edən natiqlər professor Elxan Babayevin milli musiqişünaslıqda silinməz iz buraxmış çoxcəhətli yaradıcılığından, elmi irsindən, qiymətli əsərlərindən, ənənəvi musiqinin tədqiqi və tədrisi prosesindəki xidmətlərindən danışmış, xatirələrini söyləmişlər. Qeyd olunmuşdur ki, Elxan Babayevin elmi əsərləri öz fikir dərinliyi, problemlərin fundamental qoyuluşu, həlli və ciddiliyi ilə fərqlənmişdir.
Yazıçı-dramaturq, filologiya elmləri doktoru Aqşin Babayev qardaşının xatirəsinə göstərilən diqqətə görə minnətdarlığını bildirmişdir.
Axırda konfrans iştirakçıları professor Elxan Babayevin elmi və ifaçılıq fəaliyyətini əks etdirən sərgi ilə tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:49]
İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi
- 29.09.2026 [20:37]