PSJ klubu Anxel Di Mariya ilə yeni müqavilə imzalayıb
Bakı, 1 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Fransanın PSJ klubu futbolçu Anxel Di Mariya ilə yeni müqavilə bağlayıb.
AZƏRTAC xəbər verir ki, 30 yaşlı futbolçu daha üç il PSJ klubunun şərəfini qoruyacaq. Klub müqavilənin maliyyə tərəflərini açıqlamayıb.
“Çox sevinirəm ki, klub ilə müqaviləni uzada bildim. Mən karyeramın üç gözəl illərini məhz bu klubda keçirmişəm. Burada mənim gözəl oyun göstərmək üçün hər cur şəraitim var. Ümidvaram ki, qarşıdakı illərdə də kluba faydalı olacağam”, - deyə Anxel Di Mariya bildirib.
Qeyd edək, hücuma meyilli argentinalı yarımmüdafiəçi PSJ klubunda 150 dəfə meydana start heyətdə çıxıb, 57 dəfə fərqlənib. A.Di Mariyanın hesabında 58 məhsuldar ötürmə var. O, PSJ heyətində üç dəfə Fransa liqasını və Fransa kubokunu, həmçinin iki dəfə Fransa Super kubokunu qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]