Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında ilk oyununu keçirəcək
Bakı, 18 avqust, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatında mübarizəyə başlayacaq.
AZƏRTAC xəbər verir ki, Ataman Güneyligilin başçılıq etdiyi kollektiv C qrupundakı ilk oyununda Çexiya yığması ilə qarşılaşacaq.
Almaniyanın Düsseldorf şəhərində oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Bu qrupun digər matçında Türkiyə seçməsi İsveçi sınağa çəkəcək.
Qeyd edək ki, C qrupunda Azərbaycan, Çexiya, Türkiyə və İsveçlə yanaşı, Almaniya və Yunanıstan komandaları da mübarizə aparacaq. Sentyabrın 3-dək davam edəcək qitə çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir. Qrupda ilk 4 pilləni tutan ölkələr 1/8 finala yüksələcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]