QADINLAR GÜNÜNƏ HƏSR OLUNMUŞ SƏRGİ AÇILMIŞDIR
Sərgidə 70-dən çox rəssamın rəngkarlıq, qrafika və tətbiqi sənət janrlarında 130-a yaxın əsəri nümayiş etdirilir.
Əsasən qadın obrazlarının təsvir edildiyi bu əsərlərdə tamaşaçı gözəlliklə yanaşı, həm də bahar təravəti duyulan məhəbbət dolu qadın baxışları ilə qarşılaşır, dünyanı gözəlliyin xilas edəcəyinə bir daha inanır.
Mərasimdə çıxış edən natiqlər ictimai həyatda, mədəniyyətin və təsviri sənətin inkişafında qadınların əvəzsiz rolundan danışmışlar. Onlar əlamətdar gün münasibətilə qadın sənətçilərimizi təbrik etmiş, onlara yaradıcılıq uğurları arzulamışlar.
Sərgi martın 12-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:49]
İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi
- 29.09.2026 [20:37]