Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı videokonfrans keçirib

Bakı, 18 yanvar, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl “Qurani-Kərim”dən ayələr oxunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək deyib ki, dövlətimiz şəhidlərə və şəhid ailələrinə daim diqqət və qayğı göstərir.

20 Yanvar faciəsi barədə fikirlərini bölüşən komitə sədri qeyd edib ki, bugünkü gənclik o hadisələr barədə kitablardan, filmlərdən öyrənirlər. O dövrdə Azərbaycanda pərakəndəlik var idi. Bu faciəni törədən sovet hakimiyyətinin bir məqsədi var idi -xalqımızın azadlıq əzmini qırmaq. O vaxtkı sovet rəhbərliyi ermənipərəst mövqeyi ilə seçilirdi. Lakin Azərbaycan xalqının əzmini qırmaq mümkün olmadı. Ulu öndər Heydər Əliyevin hadisələrə sərt reaksiyası əhalidə böyük ruh yüksəkliyi yaratmışdı. Həmin hadisələr zamanı din xadimləri də böyük fədakarlıqlar göstərirdilər. Sovet hakimiyyəti təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə belə qırğınlar törətmişdi. Lakin Bakıdakı faciə onların arasında ən dəhşətlisi idi. 20 Yanvardan sonra Azərbaycandakı xalq hərəkatı milli azadlıq hərəkatına çevrildi. 20 Yanvar ölkəmizin müstəqillik salnaməsidir və bizim üçün and yeri yaradıb. Bu, Şəhidlər xiyabanıdır. Bu and yerindən nümunə götürən xalqımız heç zaman Vətən uğrunda şəhadətdən qaçmır. 44 günlük Vətən müharibəsində də igid oğullarımız bu şəhidlik məktəbindən nümunə götürərək torpaqlarımızı erməni işğalından azad etdilər.

QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, heç şübhəsiz, şəhidlərimizin müqəddəs ruhlarına ən böyük töhfə Qarabağ zəfərimiz, müstəqilliyimizin əbədiliyi, dövlətçiliyimizin artan qüdrəti, Vətənimizin tərəqqisidir. Ermənistanın 28 il davam edən işğalçılıq siyasətinə Azərbaycan xalqı 44 gün davam edən Vətən müharibəsi ilə son qoydu. Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tarixi ədaləti bərpa edərək işğal altında olan ərazilərimizi azad etdi. Uca Yaradanın köməyi, dövlət rəhbərimizin qətiyyəti, ordumuzun hünəri ilə Azərbaycanın dövlət bayrağı azad Qarabağda dalğalandı, məscidlərin minarələrindən azan səsi ucaldı. Müstəqil Azərbaycan dövləti qəhrəman övladlarının qanı bahasına İkinci Qarabağ savaşında qalibi oldu.

Qeyd edilib ki, Vətən müharibəsinin şəhidləri 20 Yanvar şəhidlərinin uca mənəviyyat yolunun davamçılarıdır. Şəhidlərimiz, qazilərimiz bizim qürur mənbəyimizdir. Uca Yaradan bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa bəxş etsin.

Qarabağ Zəfəri Uca Allahın lütfü ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü siyasi iradəsinin, qəhrəman Azərbaycan Ordusunun şücaətinin və sarsılmaz xalq-dövlət birliyinin parlaq nəticəsidir. Azərbaycan xalqının bütün zümrələri, etnik və dini mənsubiyyətindən asılı olmayaraq vətəndaşlarımız Prezident, Ali Baş Komandan ətrafında birləşib Azərbaycanın dəmir yumruğuna çevrilib işğalçıya zərbə endirdilər. Dövlətimizin başçısı hər birimiz üçün əziz, müqəddəs məkan olan Şuşada din xadimlərinin, Azərbaycandakı bütün dini konfessiyaların bu müzəffər gücün yaranmasında rolunu yüksək qiymətləndirdi. Biz, Azərbaycandakı bütün dini konfessiyaların rəhbərləri Vətən müharibəsi dövründə, hər zaman olduğu kimi, bir olduq, dövlətimizin haqlı mübarizəsinə, xalqın haqq işinə var-qüvvəmizlə yardımçı olmağa çalışdıq. Dünya ictimaiyyətinin qarşısına, informasiya savaşına vahid qüvvə kimi çıxdıq. Azərbaycan həqiqətlərini var gücümüzlə yaydıq, dünyanın bütün nüfuzlu dini mərkəzlərinə birgə müraciətlər edərək erməni tərəfinin yalanlarını, mənəviyyatsız təbliğatlarını puç edə bildik. Dini müstəvidə erməni kilsəsinin dinlə bir araya sığmayan ideoloji təhdidlərini heçə endirdik. Uca Yaradan Vətən müharibəmizin bütün şəhidlərinə rəhmət eləsin.

Azərbaycan dindarları və din xadimləri fəxr edirlər ki, cəmiyyətimizin bütün zümrələri kimi Vətən müharibəsinin ön və arxa cəbhələrində fəal şəkildə öz vətəndaşlıq borclarını və mənəvi missiyalarını yerinə yetirdilər. Ölkənin bütün bölgələrində din xadimlərimiz öz vəzifələrini yüksək səviyyədə yerinə yetirdilər. Xüsusən cəbhəboyu bölgələrin din xadimlərini qeyd etmək lazımdır. Qəhrəman şəhidlərimizin dini ayinlərini, dəfnini yüksək səviyyədə həyata keçirən qazılarımız, səlahiyyətli nümayəndələrimiz, imamlarımız gecə-gündüz şəhid ailələrinin yanında, onların mənəvi xidmətində oldular.

Xalqın yenilməz gücünü və tarixi ədalətin təntənəsini təmin edən bu siyasi iradəyə görə biz dindarlar dilindən və dinindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarına unudulmaz fəxarət anları yaşadan Zəfərin müəllifinə - Zati-aliləri İlham Əliyevə hədsiz minnətdarıq. Azərbaycan xalqı həqiqətən xoşbəxt xalqdır ki, onun taleyinə ulu öndər Heydər Əliyev kimi xilaskar lider, İlham Əliyev kimi müdrik dövlət xadimi, qalib sərkərdə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva kimi milli-mənəvi-dini dəyərlərimizin hamisi nəsib olub. Azərbaycan dövləti və cəmiyyəti üçün böyük xidmətlərinə görə İlham Əliyev həzrətlərinə və möhtərəm Mehriban xanıma bütün Azərbaycan dindarlarının dərin təşəkkür və minnətdarlıqlarını ifadə etməkdən şərəf duyuram.

Qalib xalqın Müzəffər Sərkərdəsi, Qarabağın, Şuşanın fatehi, ədaləti bərpa edən xalq qəhrəmanı İlham Əliyev həzrətləri "Qarabağ Azərbaycandır!" şüarı ətrafında səfərbər olan Azərbaycan xalqının adını ucaltdı, siyasi lider olaraq onun ən ülvi arzularını gerçəkləşdirərək öz adını tarixin salnamələrinə həkk etdi. Azərbaycanı qalib ölkə, Azərbaycan xalqını zəfər çalmış xalq yüksəkliyinə qaldıran, ata vəsiyyətini yerinə yetirmiş Zati-aliləri hər bir siyasi xadimin arzu etdiyi ən böyük mükafatı-xalqının dəstək və həmrəyliyini, sonsuz məhəbbət və dərin etimadını qazandı.

Şeyxülislam Allahşükür Paşazadə deyib ki, Qafqaz Müsəlmanları İdarəsi dini mərkəz olaraq ümummilli mənafe kəsb edən məsələlərdə, dövlətimiz üçün taleyüklü məqamlarda malik olduğu geniş beynəlxalq əlaqələrindən hər zaman dəyərli şəkildə istifadə edib. "Vətən müharibəsinin ilk günlərindən Azərbaycan xalqına mənəvi dəstəyimizin ifadə olunduğu xalqa müraciətimizi bəyan etdik. Ardınca QMİ ölkəmizdəki dini konfessiyaların rəhbərləri ilə birgə Azərbaycan Prezidentinə ünvanlı həmrəylik müraciətini imzaladı. QMİ sədri olaraq Roma Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Papa Fransisk həzrətlərinə, Rus Pravoslav Kilsəsinin başçısı, Moskva və bütün Rusiya Patriarxı Zati-müqəddəsləri Kiril həzrətlərinə, Ümumgürcüstan Katolikos-Patriarxı Zati-müqəddəsləri II İlya həzrətlərinə, Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başkanı Ali Erbaşa, İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, Əl-Əzhərin Şeyxi Əhməd Ət-Tayyib, Beynəlxalq İslam Üləmaları İttifaqının baş katibi Əli Muhyiddin Əl-Qaradaği, İslam Aləmi Liqasının baş katibi Məhəmməd Əbdülkərim Əl-İsa, Beynəlxalq İslam Xeyriyyə Fondunun idarə heyətinin sədri Abdullah Mətuq Əl-Mətuq, Amerika Əsas Yəhudi Təşkilatları konqresinin vitse-prezidenti Malkolm Honlayn, ABŞ Simon Vesental mərkəzinin başçısı Abraham Kuper, Beynəlxalq Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer daxil yüzə yaxın tanınmış şəxsiyyətlərə, müxtəlif din və ictimaiyyət xadimlərinin ünvanlarına müvafiq məktublar yolladım.

İmzam ilə beynəlxalq təşkilatların ünvanına - BMT Baş katibi Antonio Quterreşə, ATƏT-in hazırda fəaliyyətdə olan sədri Edi Ramaya, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Useyminə, ICESCO, İRSİKA rəhbərlərinə ətraflı, müfəssəl məlumatların yer aldığı məktublar göndərilib.

Rəhbəri olduğum Şimali Qafqaz Xalqları Ali Dini Şurasının xətti ilə, habelə Direktorlar Şurasının üzvü olduğum KAİCİİD Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin keçirdiyi, həmçinin digər çoxsaylı videokonfranslarda Azərbaycan Prezidentinin qətiyyət və əzminə dəstək olaraq ədalətli Vətən savaşımızın həqiqətlərini yaymışıq. İƏT, ICESCO, BMT-nin Sivilizasiyalar Alyansının rəhbərləri ilə videogörüşlər keçirmişəm. Türkiyəyə səfərim çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının mötəbər toplantısında iştirak etmişəm. Postsovet məkanı, Mərkəzi Asiya respublikaları, dünyanın bütün qitələrindəki qardaşlarımızla ünsiyyətdə olmuşuq.

Qafqaz Müsəlmanları İdarəsinin ünvanına Vətən savaşı günlərində dünyanın müxtəlif ölkələrindən daxil olan dəstək zəngləri, həmrəylik məktubları Azərbaycanın haqlı mübarizəsinə dayaq olub, informasiya cəbhəsində qələbəmizə töhfəsini verib.

Erməni tərəfinin işğalda olan ərazilərimizdə dini-mənəvi irsimizə qarşı həyata keçirdiyi vandalizm aktlarının miqyas və mahiyyəti barədə məqamları dünya ictimaiyyətinin, dini mərkəzlərin diqqətinə çatdırmaq QMİ-nin son dövr fəaliyyətində prioritet istiqamətlərdən biridir. Məscidlərimizin dağıdılması, həqarət olunması faktlarını, xristian məbədlərinin tarixi mənşəyinin saxtalaşdırılması kimi halları geniş dini ictimaiyyətə çatdırılması və erməni kilsə başçılarının - katalikoslar II Qaregin, I Aramın məsuliyyətsiz bəyanat və din adına yaraşmayan hərəkətlərinə dair dini mərkəzləri məlumatlandırmaq, onların davranışlarının qınanılmasına nail olmaq üçün əlimizdən gələni əsirgəməmişik", - deyə QMİ sədri əlavə edib.

Bildirilib ki, Vətən müharibəsi şəhidlərinin dəfn və anım mərasimlərinin təşkil edilməsi, din xadimlərinin fəaliyyətinin koordinasiya olunması işləri ilə bağlı müvafiq komissiya yaradılıb. Komissiyanın qərarı ilə dinindən asılı olmayaraq bütün Vətən müharibəsi şəhidlərinin yaşadığı yer üzrə və ya ümumi şəhidlər məzarlığında dəfn və anım mərasimlərinin təşkilində din xadimlərinin fəal iştirakı təmin edilib. Din xadimlərinin cəbhə bölgələrinə çoxsaylı səfərləri təşkil edilib. Bu səfərlər zamanı Qafqaz Müsəlmanları İdarəsinin ayırdığı maliyyə vəsaitləri, toplanan ianələr və din xadimlərimizin şəxsi vəsaitləri hesabına alınmış ərzaq və qeyri-ərzaq malları, əsgərlərimizə lazım olan ləvazimatlar hərbçilərimizə hədiyyə edilib.

Şəhid ailələrinin və qazilərin problemlərini aradan qaldırmaq məqsədilə Qafqaz Müsəlmanları İdarəsinin ayırdığı maliyyə vəsaitləri hesabına alınan yardımlar ünvanlarına çatdırılıb.

Komissiyanın tapşırığı ilə şəhid və qazi ailələrinin ziyarəti bu gün də davam etdirilməkdədir.

Komissiyanın ciddi ilə 1958 şəhidin son mənzilə yola salınması prosesində təchizat işlərinin maliyyə xərcləri QMİ tərəfindən təmin edilib. 816 şəhidin son mənzilə yola salınması prosesində təchizat işlərinin maliyyə xərcləri yerli icra hakimiyyəti ilə birgə təmin edilməklə həyata keçirilib.

QMİ-nin sədri qeyd edib ki, işğal olunmuş Azərbaycan torpaqlarında erməni vandalizminin acı nəticələri - vəhşicəsinə dağıdılmış şəhər və kəndləri seyr etmək nə qədər ağır olsa da, həmin məkanların tezliklə bərpası ilə bağlı nəzərdə tutulan genişmiqyaslı quruculuq işləri barədə dövlətimizin başçısının fikirləri bizi hədsiz sevindirir. Əminik ki, ən qısa zamanda Azərbaycanın Qarabağ torpaqları möhtərəm Prezidentimizin rəhbərliyi ilə öz yeni və gözəl görkəmi ilə hər birimizi sevindirəcək. Dövlətimizin başçısının ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə bərabər Ağdam məscidini, Şuşadakı məscidləri ziyarəti hər birimizin qəlbində uca mənəviyyat örnəyi kimi həkk olundu. Əminəm ki, Azərbaycan və bütün dünya tezliklə görülən tədbirlərin sayəsində pandemiya bəlasından da qurtulacaq, həyat öz axarına qayıdacaq, məscidlər və ibadətgahlarımız öz fəaliyyətini bərpa edəcək və həmin məbədlərdən dindarların ibadət səsləri yüksələcək.

Azərbaycandakı dini konfessiyaların rəhbərləri və QMİ-nin Qazılar Şurasının üzvləri çıxış edərək Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizə tarixi, Qanlı Yanvar faciəsinin başvermə səbəbləri və nəticələri barədə məlumat veriblər. Bildirilib ki, 20 Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinə öz möhürünü vurmuş bir gündür. Bu qanlı hadisə Azərbaycanın azadlıq mübarizəsi tarixində şərəf və qəhrəmanlıq səhifələrindən biridir. Faciənin ertəsi günü ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev Qanlı Yanvar qırğınını törədənləri kəskin şəkildə pisləyən bəyanatla çıxış edib. 1993-cü ildə xalqın israrlı tələbi ilə hakimiyyətə yenidən qayıtdıqdan sonra Ümummilli Liderin təşəbbüsü ilə bu hadisəyə siyasi-hüquqi qiymət verilib, Milli Məclis həmin tarixi Ümumxalq Hüzn Günü elan edib. Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, eyni zamanda, Azərbaycanın bir çox şəhər və rayonlarına yeridilib, nəticədə milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq günahsız mülki şəxslər amansızcasına qətlə yetirilib. 20 Yanvar hadisələri beynəlxalq hüquqa əsasən beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayətdir.

Beynəlxalq ictimaiyyət bu kimi faciələrə layiqli hüquqi qiymət verməlidir.

Tədbirdə ölkəmizdəki müxtəlif dini konfessiyaların rəhbərlərinin adından 20 Yanvar faciəsi ilə bağlı bəyanat oxunub.

Videokonfransda, həmçinin Qazılar Şurasının yeni tərkibi də təsdiqlənib.

Sonda Vətən müharibəsi dövründə xüsusi fədakarlıq göstərən din xadimləri təltif ediliblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır