“Qafqazın coğrafiyası” yenidən çap olunub
Bakı, 12 mart, AZƏRTAC
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin böyük elmi işçisi Tahirə Əliyevanın transfoneliterasiya edərək çapa hazırladığı “Qafqaz coğrafiyası” əsəri işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Azərbaycan coğrafiyaşünası, maarif xadimi, pedaqoq, naşir-mühərrir, publisist və tərcüməçi Qafur Rəşad Mirzəzadənin müəllifi olduğu bu əsərdə Qafqazın tarixinə aid bəzi faktlara toxunulur. Kitabda regiona daxil olan ölkə, şəhər, kənd və qəsəbələrin, dağların, dənizlərin, çayların, göllərin və yolların təsviri verilir, o cümlədən ərazilərin sahəsi, əhalinin sayı və s. göstərilir.
Qeyd edək ki, yeni nəşrin elmi redaktoru akademik Teymur Kərimli, kitabda yer alan geniş “Ön söz”ün müəllifi Tahirə Əliyevadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]
Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır
- 29.09.2026 [16:20]
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq
- 29.09.2026 [15:50]