Azərbaycan Dövlət İnformasiya Agentliyi

QANLI DƏRƏ DÖYÜŞLƏRİNDƏ QƏLƏBƏ ÇALAN QƏHRƏMANLARIN ŞƏRƏFİNƏ UCALDILAN ABİDƏNİN AÇILIŞI

QANLI DƏRƏ DÖYÜŞLƏRİNDƏ QƏLƏBƏ ÇALAN QƏHRƏMANLARIN ŞƏRƏFİNƏ UCALDILAN ABİDƏNİN AÇILIŞI

Qusar, 18 sentyabr (AZƏRTAC). Sentyabrın 18-də Prezident İlham Əliyev 1918-ci ildə Qusardakı Qanlı dərədə erməni silahlı dəstələri üzərində qələbə çalmış Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılan abidənin açılışında iştirak etmişdir.

Bildirilmişdir ki, tarixin şanlı mərhələsinin gənc nəsillərə ötürülməsi məqsədilə ucaldılan bu abidə Azərbaycan gəncliyinin ata-babalarımızın qəhrəmanlıq salnaməsini daha yaxşı öyrənmələri və yadda saxlamaları üçün əsl mənbədir. Bu qəhrəmanlıq abidəsinin müəllifi əməkdar rəssam, heykəltəraş Şərif Şərifovdur.

Dövlətimizin başçısı İlham ƏLİYEV abidənin üzərindəki ağ örtüyü açdı və bu münasibətlə Qusar ictimaiyyətinin nümayəndələrini təbrik edərək dedi:

- Mən sizi qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik etmək istəyirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Bu gün gözəl hadisədir. Qanlı dərədə erməni quldur dəstələri üzərində qələbə çalmış qəhrəmanların şərəfinə Qusarda çox gözəl, möhtəşəm abidə ucaldılıb.

Bütövlükdə deyə bilərəm ki, son illər ərzində Qusarda işlər çox yaxşı gedir. Yaxşı abadlıq işləri aparılır. Rayonun problemlərinin həlli üçün əməli tədbirlər görülür. Bu gün “Şahdağ” Elektrik Stansiyasının açılışını qeyd etdik. Bu stansiya 100 meqavat enerji istehsal edəcək və beləliklə, bütün şimal zonasını çox keyfiyyətli və etibarlı enerji ilə təmin edəcəkdir.

Bildiyiniz kimi, artıq bir ilə yaxındır ki, Qusarda mərkəzi xəstəxana tikilir. Əminəm ki, xəstəxana gələn il istifadəyə veriləcək və beləliklə, rayonun səhiyyə problemlərinin həlli üçün praktiki tədbirlər görüləcəkdir.

Samur-Həzrə yolunun tikintisi ilə bağlı mənim Sərəncamıma uyğun olaraq Prezidentin Ehtiyat Fondundan vəsait ayrıldı və artıq işlərə başlanmışdır. Bütün digər məsələlər də öz həllini tapacaqdır. Biz sizinlə keçən il görüşmüşdük. Ondan əvvəlki illərdə də görüşmüşdük. Keçən il Qusarda gözəl Olimpiya Mərkəzinin açılışını qeyd etdik. Bildiyimə görə, bu mərkəz artıq təkcə idman üçün deyil, eyni zamanda turizm üçün də yararlıdır və buraya turistlər də gəlir. Bu gün Şahdağ Qış-Yay Turizm Kompleksinin təməl daşı qoyulacaqdır. Deyə bilərəm ki, bu, Azərbaycanda son illər ərzində qeyri-neft sektorunda investisiyaların həcminə görə ən böyük layihədir. Bu layihəyə 100 milyonlarla dollar vəsait qoyulacaqdır və Qusarda, Şahdağda dünya miqyaslı yay-qış kurortu, dağ-xizəyi kurortu tikiləcəkdir. Şübhə yoxdur ki, biz bunu yaradandan sonra həm minlərlə yeni iş yerləri açılacaq, həm də turistlərin sayı artacaq və bir sözlə, Qusar beynəlxalq turizm mərkəzinə çevriləcəkdir.

Bütün bunları biz ona görə edirik ki, Azərbaycanın bütün bölgələri inkişaf etsin, Azərbaycanın bütün problemləri öz həllini tapsın. Bütün bölgələrdə müasir infrastruktur yaradılır, yollar çəkilir, abadlıq işləri aparılır. Qusar şəhəri də gözəlləşir, gözəl abadlıq işləri aparılır, parklar salınır. Bakıdan şimal istiqamətinə gözəl beton yol çəkilir. Yəni bütün bunlar Azərbaycanı gücləndirir və Azərbaycanda yaşayan hər bir vətəndaş da bu gözəl imkanlardan bəhrələnməlidir.

İndi dünyada iqtisadi böhranın yaşanmasına baxmayaraq ölkəmizin iqtisadiyyatı artır. Azərbaycanda yeni müəssisələr açılır - xəstəxanalar, parklar, elektrik stansiyaları, yollar, məktəblər və s. Bu onu göstərir ki, bizim iqtisadi və siyasi xəttimiz düzgün xətdir.

Biz bu xətdən dönməyəcəyik. Azərbaycan son illər ərzində öz imkanlarını böyük dərəcədə genişləndirə bilib və Azərbaycanda bütün insanlar mehribanlıq, qardaşlıq şəraitində bir ailə kimi yaşayır.

Bundan sonra da şimal zonasının inkişafı üçün əlavə tədbirlər görüləcəkdir. Mən əminəm ki, Qusar rayonunda bundan sonra da belə gözəl hadisələr çox olacaqdır. Bir daha sizi ürəkdən salamlayıram və sizə uğurlar, cansağlığı arzulayıram.

Göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına Qusar əhalisinin minnətdarlığını çatdıran ağsaqqal Binyamin ZALOV dedi:

- Möhtərəm Prezidentimiz, icazə verin, bütün qusarlılar adından Sizi salamlayım, bütün qusarlılar adından Sizə “Xoş gəlmisiniz” deyim.

Əziz Prezidentimiz, Siz hər dəfə Qusara gələndə qusarlılar üçün bir bayram olur, bir şənlik olur. Bu gün camaat Qusarın mərkəzində açılan bu abidənin önündə böyük bir fəxrlə yığılıb Sizi qarşılayır. Bu abidə özlüyündə böyük bir tarixi hadisədir. Bu abidə bizim doğma Azərbaycanımızın bütövlüyünün, burada yaşayan bütün xalqların dar gündə bir-birinə dayaq durmasının və düşmənə qarşı mübarizə aparmasının böyük bir rəmzidir.

Əziz Prezidentimiz, biz qusarlılar həmişə dövlətçilik uğrunda, Vətən uğrunda mübarizənin önündə olmuşuq. Lazım gələrsə, biz həmişə düşmənə qarşı vuruşmağa hazırıq.

Əziz Prezidentimiz, qusarlılar Sizi çox sevir. Ona görə Sizi çox sevir ki, Siz Qusara böyük qayğı göstərirsiniz. Fürsətdən istifadə edib, mən demək istəyirəm ki, heç bir qüvvə, heç bir fitnə-fəsad qusarlıları Vətənə olan məhəbbətindən, Sizə olan sədaqətindən döndərə bilməz. İstər sülh cəbhəsində, istər hərb cəbhəsində - bütün qusarlılar Sizin arxanızda dayanıbdır.

Cənab Prezident, bu gün fəxr edirik ki, biz çiçəklənən Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Biz qusarlılar çox sevinirik ki, bizim Sizin kimi Prezidentimiz var, Sizin kimi rəhbərimiz vardır. Cənab Prezident, biz Sizə arxalanırıq, Sizə güvənirik. Allah Sizi qorusun, Allah Sizə kömək olsun.

Qusar rayonu möhtəşəm Azərbaycan ailəsinin bir üzvü kimi fəaliyyət göstərir, yaşayır, genişlənir, tərəqqi edir. Siz hər dəfə Qusara gəlib-gedəndə Qusarda özünüzdən bir yadigar qoyursunuz. O dəfə gələndə olimpiya kompleksində biz Sizi qarşıladıq. Özü də yağışlı bir gün idi. Siz gəlib bizimlə səmimi görüşdünüz. Elə bil ki, bir ailə başçısı, ata, qardaş kimi bizi içəri dəvət etdiniz. Bir masa arxasında oturduq. Siz bizə respublikada gedən yeniliklər haqqında danışdınız. Biz də öz problemlərimiz haqqında Sizə söhbət açdıq.

Cənab Prezident, üstündən bir il keçməmiş bütün problemlərimiz öz həllini tapıb.

Sonda mən demək istərdim ki, Qusar inkişaf edir, tərəqqi edir. Sizin xeyir-duanızla bünövrəsi qoyulan və keçən il istifadəyə verilən Olimpiya-İdman Kompleksi uğurla fəaliyyət göstərir. Bu gün orada hətta Avropa çempionatı, yarışlar keçirilir. Bu, bizim üçün böyük fəxrdir. Bundan sonra, Qusarda Sizin keçən il təməlini qoyduğunuz xəstəxana binası tikilir. Hansından danışım, Qusarda işlər çoxdur. Məktəblər tikilir, parklar salınır, küçələr gözəlləşir, yeni su, qaz xətləri çəkilir. Qusara böyük bir firavanlıq gəlib.

Mən fürsətdən istifadə edərək, ağsaqqalların bir sözünü burada qeyd etmək istəyirəm. Onlar deyirlər ki, həyat, kəndin həyatı, inkişafı gözəl yoldan başlayır. Siz o dəfə gələndə biz xahiş etdik ki, Samur-Həzrə yolunun tikintisinə, onun təzədən bərpasına kömək göstərəsiniz.

Sizin Sərəncamınızdan heç bir ay ötməmiş orada işlər başlanıb. Artıq iki kilometrdən yuxarı məsafəyə asfalt döşənib. Həmin yol 27 kəndi birləşdirir. Bu kəndlərdə 16 min əhali yaşayır. Bütün bu əhalinin arzusu idi ki, həmin yol yenidən qurulsun. Siz bu əhalini arzusuna çatdırmısınız. Əziz Prezidentimiz, nəinki öz arzusuna çatdırmısınız, hətta hər bir evə sevinc, şadlıq bəxş etmisiniz. Allah Sizi həmişə xoşbəxt eləsin. Allah Sizi bu xalqın başı üzərindən əskik etməsin.

Fürsətdən istifadə edərək deyirəm ki, rayonumuzda səhiyyə, mədəniyyət, maarif sahəsində böyük quruculuq işləri həyata keçirilir. Bu da Heydər Əliyev Fondunun, onun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın sayəsində baş verir. Əziz Prezidentimiz, biz bilirik ki, Sizinlə birlikdə Mehriban xanım da rayonumuza böyük diqqət göstərir. Xahiş edirəm, qusarlıların salamını ona çatdırın.

Qusar ağsaqqallarının Sizə gözəl bir hədiyyəsi vardır. Mən çox xahiş edirəm ki, bu hədiyyəni qəbul edəsiniz. Bu hədiyyə elə-belə bir hədiyyə deyildir. Bu, xəncərdir, igidliyin, mərdliyin nişanəsidir. Cənab Prezident, Allahdan arzu edirik ki, sözünüz bu xəncər kimi kəsərli olsun, apardığınız siyasətiniz də bu xəncər kimi iti olsun.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Mən də öz növbəmdə sizə söz verirəm ki, bundan sonra da sizin bütün xahişlərinizi yerinə yetirəcəyəm. Keçən il biz görüşəndə və siz mənə Samur-Həzrə yolu haqqında deyəndə artıq bir az gec idi. Çünki bu ilin büdcəsi demək olar ki, hazır vəziyyətdə idi. Ona görə də biz bu ilin büdcəsinə bu yolu sala bilmədik. Ancaq bir yol tapdıq və Prezidentin Ehtiyat Fondundan 6,5 milyon manat vəsait ayrıldı, artıq işlər başlamışdır.

Mən çox şadam ki, bu yolun tikintisi başlayıb və siz qeyd etdiyiniz kimi, 16 min əhali bu yoldan istifadə edir. Başqa yollar da tikiləcəkdir. Bu gün biz bütövlükdə Qusarın yol infrastrukturuna bir daha baxdıq, gördük ki, bu kəndləri birləşdirmək, insanlara rahatlıq vermək, rayonu gözəlləşdirmək üçün hələ çoxlu yollar çəkilməlidir.

Bütün məsələlər öz həllini tapır. Bizim əsas nailiyyətimiz ondan ibarətdir ki, sözlə əməl arasında fərq yoxdur. Nəyi deyiriksə, onu da edirik. Nəyi edirik? Onu edirik ki, insanların tələbatını ödəyir. İnsanlara nə lazımdır? Sabit şərait, təhlükəsiz vəziyyət. Bu, Azərbaycanda vardır və Azərbaycanda sabitlik tam şəkildə bərqərar edilib. Maddi rifah, insanların yaşayış səviyyəsi ildən-ilə yaxşılaşır. Tibbi xidmət - gözəl xəstəxana tikilir və mən göstəriş verdim ki, xəstəxana gələn ilin axırına istifadəyə verilsin. Yaxşı məktəblər, turizm, idman, yollar, elektrik enerjisi. İstifadəyə verilmiş elektrik stansiyası bütün bu zonanın elektrik enerjisini təmin edəcəkdir. O, əlavə xətlərlə “Xaçmaz” Elektrik Stansiyası ilə birləşəcək və beləliklə, bütün bu bölgə dayanıqlı elektrik enerjisi alacaqdır.

Əminəm ki, növbəti illərdə Qusar əhalisi həmişə olduğu kimi, Azərbaycanın hərtərəfli inkişafına, müstəqilliyimizin möhkəmlənməsinə öz dəyərli töhfəsini verəcəkdir. Bütün dövrlərdə qusarlılar Azərbaycan dövlətçiliyi uğrunda vuruşmuşlar. Bu gözəl abidə bunun bariz nümunəsidir. Bütün vətəndaşlar, bütün xalqlar bir ailə kimi düşmənə qarşı vuruşmuş, şəhid vermiş və tarixdə ucalmışlar. Bu birlik, bu qardaşlıq bu gün də vardır. Azərbaycanın xüsusiyyəti ondan ibarətdir ki, bütün xalqlar, bütün millətlər bir ailə kimi yaşayır. Heç bir ayrı-seçkilik yoxdur və olmayacaqdır. Bizim üçün hər bir vətəndaş əzizdir, doğmadır. Mən görəndə ki, Qusar qısa müddət ərzində öz simasını demək olar ki, dəyişib, gözəlləşib çox sevinirəm. Bizim görüşlərimiz hələ çox olacaqdır. Qusarda hələ açılışlar bundan sonra da olacaqdır. Mən əminəm ki, nəzərdə tutduğumuz bütün məsələlər öz həllini tapacaqdır. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.

Rayon sakini: Əziz və hörmətli Prezidentimiz cənab İlham Əliyev. Siz Qusara xoş gəlmisiniz. Sizin hər dəfə Qusara gəlişiniz biz qusarlıları həqiqətən səmimi qəlbdən sevindirir. Bu gün də elə gözəl günlərdən biridir.

X X X

Sonra Prezident İlham Əliyev mərasim iştirakçıları ilə abidə qarşısında xatirə şəkli çəkdirdi.

######

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNƏCƏK

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb