Qanunsuz balıq ovu ilə məşğul olanlar cərimələniblər
Bakı, 22 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları balıq və digər su bioresurslarının mühafizəsi məqsədilə reyd keçiriblər.
Departamentdən AZƏRTAC-a bildirilib ki, Sumqayıt şəhərinin Corat və H.Z.Tağıyev qəsəbələri istiqamətində keçirilən reydlər zamanı qəsəbə sakinləri Qulu və Elman Ağayevlər, Allahyar Bədəlov qanunsuz balıq ovu edərkən saxlanılıblar. Onlardan 18 kütüm, yeddi nərə balığı və ov alətləri götürülüb. Qanun pozucuları barədə balıq ehtiyatlarına vurulan ziyanla bağlı kütümə görə 594 manat, nərəyə görə isə 1.540 manat məbləğində iddia qaldırılıb.
Mingəçevir su anbarının Xanabad kəndi və Samux rayonu ərazilərində keçirilən reydlər zamanı Mingəçevir şəhər sakinləri Azər Dünyamalı və Ramin Bayramsoy qanunsuz balıq ovu edərkən saxlanılıblar. Qanun pozucularından 45 şamayı balığı götürülərək barələrində ümumilikdə,1.485 manat məbləğində iddia qaldırılıb.
Faktlarla bağlı qanun pozucuları barəsində cərimə qərarlarının çıxarılması və qanunauyğun tədbirlərin görülməsi üçün toplanmış sənədlər hüquq mühafizə orqanlarına göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]