“Qarabağ” - “Olimpiya” oyununun biletləri satışa çıxarılıb
Bakı, 23 avqust, AZƏRTAC
UEFA Avropa Liqasının III təsnifat mərhələsində Bakıda “Qarabağ” və Sloveniyanın “Olimpiya” komandaları arasında keçiriləcək cavab oyununun biletləri satışa çıxarılıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, biletləri “iticket.az” saytından onlayn şəkildə əldə etmək olar.
Biletlərin qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. Bundan əlavə, VVIP C və VVIP D sektorlara biletlərin qiyməti isə 200 manatdır.
Qeyd edək ki, avqustun 31-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Olimpiya” görüşü saat 20:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]