“QARABAĞ” FUTBOL KLUBU BƏYANAT YAYMIŞDIR
Bəyanatda deyilir ki, “AFFA rəhbərliyi ilə klub rəsmiləri arasında keçirilmiş görüşdə hakimlərin qonorarlarının artırılması təklif olunmuşdu. Bu işdə klubların yaxından iştirak edəcəyi də bildirilmişdir. Bunu əsas tutan “Qarabağ” klubu ölkədə futbolun inkişafı və hakimlərin görüşləri daha diqqətli, qərəzsiz idarə etmələri üçün onların maddi ehtiyacının ödənilməsi məqsədi ilə 45 milyon manat məbləğində vəsait ayırmışdır. Lakin bəzi şəxslər və mətbuat orqanları bunu birmənalı qarşılamır və bu yardımın gələcək oyunlarda hakimlərin “Qarabağ” komandasına “işləməsinə” şərait yaradacağını iddia edirlər.
Bildiririk ki, klub oyunlarda yalnız güclünün qalib gəlməsini, hakimlərin qərəzsiz, müstəqil fəaliyyət göstərməsini istəyir, hər hansı xeyirxah əmələ görə AFFA-nın və komandaların günahlandırılması isə, sadəcə olaraq, Azərbaycanda futbolun inkişafını görməməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:16]
Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]