“Qarabağın musiqi irsi və Ərtoğrol Cavid” kitabı nəşrə hazırlanıb
Bakı, 29 iyun, AZƏRTAC
AMEA-nın Hüseyn Cavidin ev-muzeyi “Qarabağın musiqi irsi və Ərtoğrol Cavid” kitabını nəşrə hazırlayıb.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, kitabın tərtibçisi və “Ön söz”ünün müəllifi bu müəssisənin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır. Nəşrdə Qarabağ xanəndələrinin ifa etdiyi Azərbaycan klassik musiqi mətnləri, Cabbar Qaryağdı, Süleyman Mansurov və Camal Cəfərovun Qarabağın musiqi keçmişinə dair xatirələri, onların repertuarına daxil olan, Qarabağ toylarında oxunan mahnılar və digər materiallar, Hüseyn Cavidin dünyadan vaxtsız köçmüş oğlu, dərin analitik düşüncə sahibi Ərtoğrol Cavidin bunlara dair elmi araşdırmaları yer alıb.
Kitabın hazırlanmasında Ərtoğrol Cavidin muzeyin fondunda saxlanılan şəxsi arxivinə aid materiallardan istifadə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:26]
BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat dinlənilib
- 15.10.2026 [13:21]
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib
- 15.10.2026 [11:53]
İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur
- 15.10.2026 [11:16]
Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium
- 15.10.2026 [10:59]
AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub
- 15.10.2026 [10:59]
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib
- 15.10.2026 [10:47]