Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qardaşlıqdan müttəfiqliyə gedən yolda Heydər Əliyev fəlsəfəsinin rolu VİDEO

Ankara,12 dekabr, AZƏRTAC

Dekabrın 12-də Türkiyənin paytaxtı Ankarada “Qardaşlıqdan müttəfiqliyə gedən yolda Heydər Əliyevin “Bir millət, iki dövlət!” fəlsəfəsinin rolu” mövzusunda simpozium keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və diplomatik nümayəndəliyimizin kollektivi, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Yeni Azərbaycan Partiyasından Milli Məclisin deputatı Hikmət Babaoğlu, Ədalət və İnkişaf Partiyasının (AK Parti) beynəlxalq əlaqələr departamentinin sədr müavini Mehmet Ceylan, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, hərbi qulluqçular, kursantlar, yerli ictimaiyyətin nümayəndələri və digər rəsmi şəxslər Heydər Əliyev Parkında Ümummilli Liderimizin əziz xatirəsinə böyük ehtiram göstəriblər.

Azərbaycan Evinin Şuşa Konfrans salonunda keçirilən tədbir Ulu Öndərin dərin mənalı həyat və fəaliyyətini əks etdirən filmin nümayişi ilə başlayıb.

Sonra Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsindən sonra çıxışlar olub.

Tədbir rəsmi hissə və panellərlə davam edib.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar simpoziumu açaraq Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyəti dövründə ölkəmizdə dövlət quruculuğu istiqamətində görülən işləri ardıcıl həyata keçirilmiş milli strategiya kimi dəyərləndirib. Deyib ki, siyasi hakimiyyətinin bütün dövrlərində Azərbaycanın inkişaf və tərəqqisi Ulu Öndərimizin başlıca amalı olub.

Gələn il Ulu Öndərimizin anadan olmasının 100 illik yubileyinin böyük təntənə ilə qeyd olunacağını xatırladan Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin bu barədə imzaladığı Sərəncamdan irəli gələn məsələlər Azərbaycan xalqının qəlbində Ulu Öndərə olan əbədi sevgini ehtiva edir. Ulu Öndərimiz məhz xalqımız, ölkəmiz qarşısındakı, Azərbaycan-Türkiyə qardaşlığı yolunda həyata keçirdiyi tarixi xidmətləri ilə Ümummilli Lider adını qazanıb.

Dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin tarixi xilaskarlıq missiyasından danışan Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov qeyd edib ki, hər zaman xalqın dəstəyinə inanan Ümummilli Lider Heydər Əliyev nəhəng siyasi nəticələrlə başa çatan siyasi fəaliyyəti ilə bütün türk dünyasının sevimlisi idi. Əgər Ulu Öndərimiz xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətin ağırlığını çiyinlərinə götürməsəydi, bugünkü müstəqil və qüdrətli Azərbaycan olmazdı.

Ulu Öndər Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım diqqətə çatdırıb ki, siyasi hakimiyyətinin bütün dövrlərində öndə gedən Ümummilli Lider Heydər Əliyev keçmiş sovetlər birliyi dönəmində özünün yüksək intellekti və bacarığı ilə ali hakimiyyət pillələrini məharətlə qalxaraq müsəlman-türk ictimaiyyətinin qüruruna çevrilib.

Ədalət və İnkişaf Partiyasının (AK Parti) beynəlxalq əlaqələr departamentinin sədr müavini Mehmet Ceylan çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev böyük uzaqgörənliklə Azərbaycan-Türkiyə münasibətlərinin “Bir millət, iki dövlət!” prinsipi ilə müttəfiqliyə yüksəlməsinə nail olub.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyev ilə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkə olan tükənməz el məhəbbətini xalqlarımız qarşısındakı tarixi xidmətlərin nəticəsi kimi dəyərləndirib.

Çıxışlarda əminliklə qeyd olunub ki, Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıqdan müttəfiqliyə yüksəlməsində Heydər Əliyevin “Bir millət, iki dövlət!” fəlsəfəsi mühüm rola, mənəvi gücə, əvəzolunmaz təsirə malik olub. Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi dostluq və qardaşlıq münasibətləri “Bir millət, iki dövlət!” kəlamının həyat gerçəyi olmasına əhəmiyyətli təsir göstərib. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbə “Bir millət, iki dövlət!” fəlsəfəsinin real nəticəsi, Şuşa Bəyannaməsi bu tarixi kəlamın hüquqi təməlidir.

Eyni zamanda, vurğulanıb ki, siyasi hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqilliyi üçün əsaslı zəmin yaradan, eləcə də milli oyanışı təmin edən Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə Azərbaycanı uçurumdan qurtararaq dövlətimizi məhv olmaqdan, xalqımızı ümidsizlikdən xilas edib. Azərbaycanın müstəqilliyi və sürətli inkişafı Heydər Əliyevin dövlətçilik səltənəti olan şah əsəridir.

Ankara Hacı Bayram Vəli Universitetinin Jurnalistika fakültəsinin dekanı professor Zakir Avşarın aparıcılığı ilə keçirilən birinci paneldə Giresun Universitetinin professoru Yalçın Sarıkayanın, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədrinin müavini İsmail Safinin, “SOCAR Türkiyə” Kommunikasiya və Dövlətlə Əlaqələr departamentinin rəhbəri Mikayıl Yusifovun, həmçinin Bilkənd Universitetinin professoru Əmrullah Məmmədovun moderatorluğu ilə keçirilən ikinci paneldə isə Hacettepe Universitetinin doktorantı İlahə Yusiflinin və bu təhsil ocağının tələbəsi Səfiyyə Ağayevanın, Ankara Universitetinin tələbələri Azərin və Həqiqət Axundovaların çıxışları dinlənilib.

Çıxışlarda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin beynəlxalq əlaqələrin qurulması, Türkiyə ilə siyasi münasibətlərin milli strategiyaya çevrilməsi, Qafqazda sülh və sabitliyə nail olmaq üçün göstərdiyi səylər, ölkədə həyata keçirilən hüquqi islahatlar, daxili və xarici siyasətin mexanizmlərinin hazırlanması və həyata keçirilməsi, dövlət strukturlarını milliləşdirməsi kimi məsələlərdən bəhs olunub.

Müzakirələr zamanı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Türk dünyası qarşısındakı tarixi missiyası Türk dünyasının milli sərvəti kimi dəyərləndirilib.

Qeyd edək ki, simpozium Azərbaycanın Türkiyədəki səfirliyi, Ədalət və İnkişaf Partiyası, Yeni Azərbaycan Partiyası, eləcə də Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi tərəfindən birgə təşkil olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Qardaşlıqdan müttəfiqliyə gedən yolda Heydər Əliyev fəlsəfəsinin rolu VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib