Qarsda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
Ankara, 19 yanvar (AZƏRTAC). Azərbaycanın Qarsdakı baş konsulluğunda 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Qanlı Yanvar hadisələrindən bəhs edən sənədli filmin nümayişindən sonra çıxış edən baş konsul Ayxan Süleymanov keçmiş Sovet ordusunun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi qətliamdan bəhs etmiş, həmin günlər Türkiyənin Qars və İğdır şəhərlərində də insanların meydanlara çıxaraq bu dəhşətə etiraz etdiklərini diqqətə çatdırmışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həmin ağır günlərdə Moskvada öz xalqı ilə həmrəylik nümayiş etdirdiyini, bu qətliamı pisləyən bəyanatla çıxış etdiyini diqqətə çatdıran A.Süleymanov demişdir ki, sonradan Azərbaycana qayıdan ulu öndər dağılmaq təhlükəsi ilə üzləşən ölkənin xilaskarı oldu. 20 Yanvar Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixində mühüm bir mərhələ olmuşdur.
Tədbirdə iştirak edən Qars bələdiyyəsi və valiliyinin rəhbərləri, hərbçilər və ictimaiyyət nümayəndələri 20 Yanvar hadisələrindən bəhs edən fotosərgi ilə tanış olmuşlar.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]