Qazaxıstan Mumbay, Tokio, Sinqapur, Şanxay və Nyu-Yorka aviareyslər həyata keçirəcək
Bakı, 19 dekabr, AZƏRTAC
Hazırda Qazaxıstandan 28 ölkəyə 110 istiqamətdə aviareyslər həyata keçirilir.
AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bunu hökumətin iclasında deyib.
Onun sözlərinə görə, son iki ildə Milan, Doha, Əbu-Dabi, Küveyt və digər şəhərlərə 32 beynəlxalq hava marşrutu açılıb. 2024-2025-ci illərdə Mumbay, Tokio, Sinqapur, Şanxay və Nyu-York şəhərlərinə də uçuşlar həyata keçiriləcək.
Nazir, həmçinin qeyd edib ki, ölkədaxili hava daşımaları Qazaxıstanın 5 aviadaşıyıcı kompaniyası tərəfindən həyata keçirilir.
“Ölkədaxili istiqamətlər üzrə həftədə 644 uçuş baş tutur ki, bu da ötən illə müqayisədə 7 faiz çoxdur. Uçuşların əlçatanlığını təmin etmək və daxili turizmi inkişaf etdirmək məqsədilə hava marşrutlarında subsidiya mexanizmlərindən istifadə olunur. 2023-cü ildə həmin məqsədlər üçün büdcədən 6 milyard 900 milyon tenqe ayrılıb. Növbəti il bu vəsait artırılaraq 8 milyard 200 milyon tenqeyə çatdırılacaq”, - deyə Marat Karabayev əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]