QAZAXISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB NURSULTAN NAZARBAYEVƏ
Hörmətli Nursultan Abişeviç,
Qazaxıstanın milli bayramı - Müstəqillik günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycan və Qazaxıstanı çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələri birləşdirir. Əminəm ki, bizim qarşılıqlı səylərimiz bundan sonra da bu nəcib ənənələrin artırılmasına, xalqlarımızın və ölkələrimizin tərəqqisi, regionda sülh, təhlükəsizlik və sabitlik naminə dövlətlərarası münasibətlərin daha da inkişaf etdirilməsinə yönəldiləcəkdir.
Hörmətli Nursultan Abişeviç, Sizə möhkəm cansağlığı, səadət və uğurlar, dost Qazaxıstan xalqına firavanlıq və tərəqqi diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 13 dekabr 2007-ci il.