Qazaxıstanda koronavirus infeksiyasından ilk ölüm faktı qeydə alınıb
Nur-Sultan, 26 mart, AZƏRTAC
Qazaxıstanın paytaxtında koronavirusa yoluxan qadın vəfat edib. Bu barədə ölkənin İnformasiya və İctimai İnkişaf naziri Dauren Abayev fövqəladə brifinqdə bildirib. AZƏRTAC xəbər verir ki, bu, Qazaxıstanda koronavirusdan ilk ölüm hadisəsidir. Sabah Nur-Sultan Şəhər Səhiyyə İdarəsi onun tibbi göstəricilərinə dair ətraflı məlumat verəcək.
Dauren Abayev bildirib ki, yaşlı insanlar və xroniki xəstəlikdən əziyyət çəkənlər özünütəcridə riayət etməlidir. Bu hadisə virusun təhlükəli olmağını bildirir.
Hazırda Qazaxıstanda 111 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Nur-Sultanda COVID-19 virusuna yoluxan dörd xəstənin vəziyyəti sabit ağırdır. Bundan başqa, Qazaxıstanda yeni növ koronavirus diaqnozu qoyulan ilk iki xəstə sağalıb və bu gün evə buraxılıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]