Qazaxıstanda yenidən fövqəladə vəziyyət rejimi tətbiq oluna bilər
Nur-Sultan, 14 oktyabr, AZƏRTAC
Qazaxıstan hökuməti ölkədə yenidən fövqəladə vəziyyət rejiminin tətbiq edilməsinə qədər sərt karantin tədbirlərinin tətbiqinə hazırdır.
Ölkədə koronavirus infeksiyasına qarşı təhlükəsizlik tədbirlərinə əməl edilməsə fövqəladə vəziyyət rejimi yenidən tətbiq oluna bilər.
AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstanın səhiyyə naziri Aleksey Tsoy deyib. O, bildirib ki, sanitar-epidemioloji qaydalara əməl olunmaması və COVID-19 infeksiyasına yoluxmaların artımı növbəti lokdauna gətirib çıxaracaq.
Nazirin sözlərinə görə, hər şey epidemioloji vəziyyətdən asılı olacaq.
Qeyd edək ki, Qazaxıstan yerli koronavirus peyvəndinin klinik sınaqlarını davam etdirir və üçüncü mərhələni 2021-ci ildə başa çatdırmağı planlaşdırır.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:44]
Aİ ölkələrində yanacağın qiyməti son bir ildə 23,8 faiz artıb
- 22.09.2026 [15:34]
Aİ-nin neft idxalının dəyəri ikinci rübdə 56 faizədək artıb
- 22.09.2026 [15:32]
Başqırdıstanda ticarət mərkəzində yanğın zamanı üç nəfər ölüb
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]
Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub
- 22.09.2026 [14:14]