Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu alıb
Bakı, 8 fevral, AZƏRTAC
Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan Qəbələ Peşə Məktəbi və Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi birləşdirilərək onların bazasında yaradılan Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu əldə edib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, sözügedən mərkəz ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olaraq, nəzərdə tutulan qaydada nəzəri-metodoloji və pedaqoji-metodiki sənədlər hazırlamaq, subbakalavr peşə ixtisas dərəcəsi üzrə təhsil vermək, peşə və ixtisaslara uyğun dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyat hazırlamaq imkanına malik olacaq. Eyni zamanda, dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri bilik və bacarıqlara yiyələnməsini təmin edəcək, qanunvericiliyə müvafiq sahibkarlıq fəaliyyəti ilə məşğul olacaq.
Xatırladaq ki, peşə təhsil müəssisələrinin publik hüquqi şəxs qismində fəaliyyət göstərməsi istiqamətində işlərə 2019-cu ildən başlanılıb. Hazırda Təhsil Nazirliyinin tabeliyində olan 7 peşə təhsil mərkəzi publik hüquqi şəxs qismində fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:27]
“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu
- 05.10.2026 [17:16]
Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq
- 05.10.2026 [16:23]
BMU “ADEX 2026” sərgisində milli tədqiqatlara töhfəsinə görə təltif olunub
- 05.10.2026 [15:43]