İDMAN
“Qəbələ” klubu Türkiyədə Şimali Makedoniya təmsilçisi “Qostivar”a qalib gəlib
Bakı, 19 iyul, AZƏRTAC
Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” klubu sonuncu yoxlama görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, “Qəbələ” Şimali Makedoniya təmsilçisi “Qostivar” ilə qarşılaşıb.
Görüş “Qəbələ”nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Osama Xalayla dubl edib, digər qolu isə Əyyub Allaş vurub.
“Qostivar” 2022-2023-cü illər mövsümündə ikinci dəstədə ikinci yeri tutaraq yüksək liqaya vəsiqə qazanıb.
Qeyd edək ki, bunadək Türkiyədə iki yoxlama oyunu keçirən “Qəbələ” “Sukleya”ya (Moldova) 4:2 hesabı ilə qalib gəlib, “Orenburq”la (Rusiya) 1:1 hesablı heç-heçə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [13:57]
Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir
- 03.05.2024 [12:23]
Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək
- 03.05.2024 [11:31]
"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb
- 03.05.2024 [10:49]